Menu
Geri İrəli

15 yaşlı məşhur azərbaycanlı qızın sumqayıtlı müəllimi: “İvanka Trampın Azərbaycanın adını çəkəcəyindən xəbərsiz idik” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2017 • Baxış sayı: 976 dəfə • Şərh yoxdur
Share Button

78016B14-3A9A-4703-9DD6-3CF1AC650649_w1023_r1_s
ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Tramp bir neçə gün bundan qabaq  heyran olduğu 15 yaşlı azərbaycanlı Reyhan Camalova və mentoru Leyla Tağızadə  ilə görüşüb. Reyhan Camalovanın  elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadə Modern.az saytına müsahibə verib.
- Leyla xanım, Reyhan Camalovanın 15 yaşı olsa da, təqdim etdiyi layihə çox böyük rezonans doğurdu. Maraqlıdır, Reyhanla necə tanış oldunuz, layihə barədə o, sizi necə inandıra bildi?

- Əslində, o ideya Reyhanda əvvəldən vardı. Sadəcə bu işdə kimsə ona dəstək göstərmirdi. Reyhanla  9 ay əvvəl tanış olduq.  CLP – Climate Launchpad adlı beynəlxalq proqram var. Onun layihəsini həmin proqrama daxil etdik. Məhsulun üzərində 10 həftə işlədik. Reyhan deyirdi ki, ona heç kəs inanmır. Bu ideyanı gərəksiz bir iş hesab edirdilər.
- Ötən il bir azərbaycanlı gəncin NASA-ya gedəcəyi barədə xəbərin sonradan yalan olduğu aşkarlanmışdı. Bəlkə buna görə Reyhanı ciddiyə alan olmayıb?
- Reyhan CLP-yə  müraciət edəndə onun potensialını hiss etdik. İngilis dilini çox yaxşı bilir. Kütlə qarşısında çıxış etmək qabiliyyəti var. Burada bir məqam var ki, layihə maraqlı olsa da,  onu yaxşı təqdim etməsən, uğur qazanmaq olmur. Reyhanda bir çox yaxşı xüsusiyyətlərin olması onu özümüzə cəlb etdi. Təmənnasız şəkildə 9 ay ərzində ona kömək etdik.

- Reyhanın ailəsinin dəstəyi bu məsələdə necə idi?

- Ailəsinin o qədər də yüksək maddi imkanı yoxdur. Valideynləri Qubada yaşayır. Reyhanın öz cəsarəti, inamı, nitqi, ağlı inadkarlığı bizi onunla işləməyə cəlb etdi. Biz ona təmənnasız dəstək olduq. Layihəni mükəmmələşdirib tamamladıq, ingilis dilində təqdimat qaydalarını öyrətdik, iqtisadi baximdan əsaslandırmağa kömək etdik. O proqram daxilində prototipi işləyib tamamladı.

- Bu layihəni təqdim edərkən Azərbaycanda kimləri inandıra bildiniz? Bu məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etdiniz?
- Azərbaycan Milli Elmlər Akademiyası CLP-nin sponsoru idi. Sadəcə, 9 ay ərzində həmin proqram əsasında layihəni təkmilləşdirdik. CLP-nin Azərbaycanda rəhbəri Cəsur Həsənovdur. Elə Cəsur Həsənov “İstək” liseyinə həmin proqramla bağlı gedəndə Reyhanı ordan tanımışdı. Daha sonra bu ilin avqustunda Azərbaycan Milli Elmlər Aakademiyasının kitabxanasında Azərbaycan üçün CLP – Climate Launchpad-ın  milli finalı oldu. Təlim keçdiyim 14 komanda finala qatılmışdı. Reyhangilin komandası da orda idi. Finalda CLP-nin Kiprdəki qlobal finalına təqdim etmək üçün 3 komanda seçildi. Qaliblər arasında Reyhangilin komandası yox idi. Reyhanın komandası ən sevimli layihə mükafatını qazandı. Yaşları az olduğu üçün Reyhanın təmsil olunduğu komandaya qarşı inamsızlıq vardı. Biz 3 komanda ilə Kiprə yollanıb Azərbaycanı təmsil etdik. Reyhanın komandası seçilmədiyindən o, Kiprə getməmişdi. Həmin qalib komandalara maliyyə ayrıldığından onlar öz inkişaf yolu ilə getdilər.

- Bəs, siz necə oldu ki, ötən il Amerikaya getdiniz? Təklif kimdən gəldi?
фото_31512456321

-  Proqram bitəndən sonra da Reyhan ona dəstəyimi davam etdirməmi xahiş etdi. Reyhanı Reyhan edən də onun inadkarlığıdır.  Deməli, Qlobal Sahibkarlıq Sammitində ötən il də iştirak etmişdim və öz layihəmin Stanford Universitetində təqdim etmişdim. Kecən il Sammit Prezident Obamanın iştirakı ilə kecmişdi və biz Prezident Obama ilə də görüşmüşdük.

Bu il ABŞ Dövlət Departamentindən mənə məktub gəldi ki, “inandığınız hansısa ümidverici layihələr varsa, onların adlarını bizə göndərin”. Mən də bir neçə layihə ilə yanaşı, Reyhanın da adını yazdım. Səfirlikdə müsabiqədən keçdilər. Sonra onların adını Qlobala göndərdilər. Onların arasından yalnız Reyhan seçildi. Buna çox ümid edirdim. Dəvət gələn zaman Reyhanın valideynləri israrla xahiş etdilər ki, onunla mən gedim. Qızlarını daha doğru yola yönləndirdiyimi dedilər. Qlobalda biləndə ki, mən kecən il Sammitdə iştirak etmişəm ,məni də dəvət etdilər. Sammitdə İvanka Trampın Azərbaycanın adını çəkəcəyindən xəbərsiz idik. Yalnız 2 saat qalmış xəbərdar olduq. Həmin Sammitdə 3 nəfərin- hindistanlı, amerikalı və azərbaycanlı Reyhanın adı çəkildi. Ora 157 ölkədən 1500 nümayəndə qatılmışdı. Sammitin şüarı “Öncə qadınlar: inkişaf hamı üçün” idi. Əsas məqsəd isə elmdə, texnologiyada, sahibkarlıqda iştirak payını yüksəltmək idi.

- Reyhanın ixtirası yağış suyundan enerji almaqdır. Maraqlıdır ki, bundan sonra həmin layihənin gerçəkləşməsi üçün nə edəcəksiniz?
- Bu layihənin maraqlı tərəflərindən biri də odur ki, xeyli ölkələr var ki, onlar yağışlı ölkə hesab edilirlər. Hindistan, Malayziya, İndoneziya kimi ölkələrdə ilin yarısından çoxu yağmurlu olur. Ona görə də alternativ enerji layihələri böyük marağa səbəb oldu. Öncə Hindistandan, sonra digər ölkələrdən investorlar yaxınlaşıb bu layihəni bəyəndiklərini dedilər. Hətta Cənubi Afrikadan bir nəfər yaxınlaşıb dedi ki, “bilirsiniz, yağış yağanda işıqlarımız sönür. Layihənizi reallaşdırsanız, bizim bu problem həll olunar. Nə dəstək lazımdırsa, kömək edək və bunu həyata keçirin”.
- Reyhan müsahibəsində Nobel mükafatına iddialı olduğunu da deyib.
- Bəli, Reyhan çox prinsipial, əzmkar qızdır. Qarşısına məqsəd qoyaraq ona doğru addım atdı. Təsəvvür edin: Onun layihəsini heç kəs ciddi qəbul etməmişdi, amma o həvəsdən düşmədi. Bu işi davam etdirdi.  Reyhan çalışqan və əzmkarlığına  görə gənclərə çox yaxşı nümunədir. Gələcəkdə astrofizik olmaq istəyir. Layihəsinin arxasında da fizika elmi dayanıb. Reyhanın prototipi var. Həmin prototip 22 led lampanı işıqlandırır. Bu prototipi daha yaxşı həyata keçirmək üçün böyük maliyyə dəstəyi lazımdır. Müəyyən yerlərdən maliyyə dəstəyi  təklifi aldığımıza görə biznes plan hazırlayıb göndərəcəyik və layihəni tamamlayıb sona yetirəcəyik.
- Bundan sonrakı iş prosesiniz necə olacaq?
- Bir yerdə davam edəcəyik. Bu layihəni yarımçıq qoya bilmərəm. Valideynləri də bu məsələdə mənə ümid edir.
- Bu layihənin maliyyə tutumu təxminən nə qədərdir? Bəlkə hansısa azərbaycanlı kömək edə bilər?


- Artıq bu layihə ilə bağlı xaricdə yaşayan imkanlı azərbaycanlılar tərəfindən müraciətlər olunub. Sadəcə olaraq hələ ki, adlarının çəkilməsini istəmirlər. Növbəti mərhələdə real cihaz  hazırlayıb onu quraşdırmaqla nə qədər enerji aldığını yenidən hesablayıb, təkmilləşdirmə istehsalatına başlamaqdır.
- O zaman bu vaxta qədər yağışdan enerji alınmayıb ki?
- Alınıb. Sadəcə olaraq təbii yağışdan alınmayıb. Prototipdə süni yağışdan istifadə etmişik. Prototip real modelin kiçik hissəsidir. Təbii yağışdan istifadə etmək üçün gərək yağışlı bölgədə həmin cihazı quraşdıraq və nə qədər enerji aldığını bilək.

Mən bir məsələni xüsusilə vurğulamaq istəyirəm, o böyüklükdə tədbirdə Azərbaycanın adının çəkilməsi böyük hadisə idi. Reyhanın adının çəkilməsi onu göstərdi ki, Azərbaycan adı hər yerdə var. Bizim gənclər unikal genetik koda malikdirlər. İvanka Trampın azərbaycanlı qızın adını çəkməsi dünyaya bir nümunə oldu.
- Siz ötən il Obama ilə də  görüşmüşdüz. Bu il də İvanka Tramp ilə görüşdünüz. Sizin barədə daha geniş məlumat almaq olar?
- Tibb Universitetini bitirmişəm. “Hippokrat” Tibb Mərkəzinin icraçı direktoruyam. Eyni zamanda, Reseptron adlı teletibb startapının təsiscisiyəm. Tibb uzrə fəlsəfə doktoru elmi dərəcəm var.

- Maraqlıdır ki, siz tibb sahəsində çalışırsınız. Amma 15 yaşlı qızın sahəsi başqadır. Sizcə, uyğunsuzluq varmı?

- Fizika tibbə yaxındır. Bu işlərdə elmi tədqiqatlar əsas rol oynayır. Tibb sahəsini bitirən həkimlər elə fizika, kimya biologiyanı oxuyur. Vaxtilə fizika sahəsində əldə etdiyim bilikləri uşaqlara öyrədirəm. Vaxtilə təhsildə aldığım bazanı sonradan həm elmi, həm də iqtisadi tərəfdən əsaslandırmağı öyrəndim.
- Bu işlərlə məşğul olmaq həkim kimi çalışmaq zamanınızı almırmı?
- Xeyr. Sadəcə, pasiyentləri qəbul etmək məsələsində vaxt məhdudluğu yaranır. Bu iş məni həkimlik peşəmdən ayırmır. Reyhanın layihəsi fiziki layihə olsa d,a əlimdə bir neçə tibbi layihə də var.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın