Menu
Geri İrəli

ABŞ-da yaşayan sumqayıtlı biznesmen: “Konqressmenlərlə tez-tez görüşürəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2016 • Baxış sayı: 3,154 dəfə • 4 şərh

ABŞ-da yaşayan gənc biznesmen Xaliq İsgəndərovun mobil telefonlar üçün yeni tip örtüklər yaratması dünyada geniş əks-səda doğurub. 

Xaliqqqaaq1qqXaliq 1982–ci ildə Sumqayıtda anadan olub. 5-ci sinifə qədər Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Liseydə oxuyub. Sonra isə orta təhsilini Sumqayıt Özəl Türk Liseyində davam etdirib.

Orta təhsilini bitirdikdən sonra Türkiyəyə yollanıb. Ankara Dövlət Universitetinin İngilis dili filologiyası fakultəsinə daxil olub. Bir il oxuduqdan sonra təhsilini İstanbul Yıldız Teknik Universitetində davam etdirib. 2000-ci ildə ABŞ-ın New York Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakultəsinə qəbul olunub.

Texnologiyaya həmişə maraq göstərən X.İsgəndərov “AT and T” şirkətində kiçik biznes yaradıb və artıq 10 ildir ki, telefonlar üçün aksessuarlar hazırlayır. Mobil cihazları zərbələrdən qorumaq üçün qablar hazırlayan Xaliq telefon örtüklərinin daha möhkəm və davamlı olması üçün titan adlı metaldan istifadə edir. Bu örtük həm də telefonun zərərli radiodalğalarının qarşısını alır.

34 yaşlı X. İsgəndərov 5 dildə – türk, ingilis, rus, ərəb və ispan dillərində danışır.

- Azərbaycan mətbuatı sizin haqqınızda yazır ki, “sumqayıtlı gənc ixtirası ilə dünyanı fəth edir”… 

- Düzü, mən belə münasibət gözləmirdim. Əslində biz Amerikada fərqli bir işlə məşğul oluruq. Sadəcə, boş vaxtımızda belə bir layihə işlədik. Bu da maraqdan irəli gələn bir fəaliyyət idi. Bizim Amerikada restoranlara xidmət göstərən böyük bir şirkətimiz var. Yaxın gələcəkdə qlobal miqyasda fəaliyyət göstərəcəyik. Bu, sosial əhəmiyyətli bir şirkətdir və Amerikada bir ilkdir. Restoronların internet vasitəsilə sifariş qəbul etmələrini təmin edirik. Müştərilər sosial şəbəkə üzərindən qida şifarişləri verirlər.

Eyni zamanda, on ilə yaxındır ki, telefon işləri ilə məşğul oluram. Bu iş mənə maraqlı gəlir. Biz heç vaxt istifadə olunmayan materillardan telefon üzlükləri hazırladıq. Onlar möhkəm dayanıqlığı, radiasiyadan qoruma özəlliyilə seçilirlər. Həmçinin incəsənət baxımından da fərqli hazaırlanması hər kəsdə maraq oyadır. Hələ indiyə kimi elə materialdan və həmin quruluşda telefon qabı hazırlanmayıb. Bu, çox çətin bir iş idi. Türkiydə isə həmin telefon qablarının üzərinə əldə hazırlanmış dəri də əlavə olundu. Maraqlı bir layihə oldu. Telefonlara bağlı layihəmi daha da genişləndirəcəyik.

Bu layihəmizə dünyanın inkişaf etmiş öləkərindən – Almaniyadan, İngiltərədən maraq göstərirlər. Biz “iPhone 7” modelləri üçün bu üzlüklərdən istifadə edəcəyik. Dünyada telefonlar üçün müxtəlif üzlüklər istehsal edən şirkətlər var. Amma biz tamamilə fərqli iş ortaya çıxardıq. Dizayenerlərlə yaxından işləyirəm. Böyük mağazalarda da dükanlarımız fəaliyyət göstərir. Qazandığımız gəlirlə də digər layihələrimizi maliyyələşdiririk.

- Necə oldu ki, ABŞ-ın keçmiş prezidenti Bil Klintonla görüşdünüz? 

- Əslində biz şirkət olaraq 2008-ci ildə Hillari Klintonun seçki kampaniyasında iştirak etmişik. Elə həmin vaxt Bill Klintonla da görüşdüm. Daha sonra da onunla görüşlərimiz oldu. Son illər siyasi fəaliyyətə vaxt ayırmışam.

- Azərbaycanla bağlı hansı planlarınız var? 

- Bizim restoranla bağlı şirkətimizin bir hissəsi də Azərbaycanda Almaniya brendi kimi xidmət göstərir. 2017-ci ilin sonlarında Azərbaycanın da marketinq imkanlarını nəzərə alaraq orada da geniş fəaliyyət göstərəcəyik.

- Necə oldu ki, Sumqayıtdan gedib, Amerikada belə uğurlar qazandınız?

- 2000-ci illərdə Amerikaya gəldim, burada da təhsil aldım. Məndə hər zaman təşəbbüskarlıq olub. Həmişə düşünürdüm ki, hansısa bir şirkətdə işləməkdənsə, özüm nəsə bir yenilik üzə çıxarmalıyam. Olmayan bir şey yaratamaq istəyirdim. Təşəbbüskarlığı və işgüzarlığı sevirəm. İnsanlar universiteti bitirdikdən sonra hardasa işləməyə üstünlük verirlər. Amma mən özüm şirkət yaratmağı seçdim. İstəyirdim ki, insanlar üçün işləmək imkanları yaransın. Amerikada isə bunun üçün əlverişli şərait mövcuddur. Burada insanların təşəbbüskarlığına geniş şərait yaradılır. Çünki bizim yaratdığımız hər bir yeni şirkət Amerika büdcəsinə vergi ödəyir.

- Gənclərə nələri məsləhət görərdiniz? 

- Mən müşahidə edirəm ki, biz azərbaycanlılar çox ağıllı, şüurlu və işini bilən bir xalqıq. Gənclərə məsləhətim budur ki, onlar fərqli ideyalarını üzə çıxarmalı və onun arxasınca getməyi bacarmalıdırlar. Finlandiya, Danimarka kimi ölkələr əhali və ərazi baxımından çox kiçik dövlətlərdir. Amma həmin ölkələrin firmaları dünya miqyasında nüfuz sahibidir. Bizim də gənclərimiz daha böyük düşünməli, dünya üçün yeni ideyalar tapmalıdırlar. Fərqli şeylər üzərində düşüməklə yaxşı yerlərə gəlib çıxamaq mümkündür. İnsanların həyatını rahatlaşdıracaq texnologiyalar üzə çıxarmaq lazımdır. Gənclərimiz hər zaman pozitiv olsunlar. Heç kimdən aslı olmadan özləri üçün yaxşı iş mühiti qurmağa çalışımalıdırlar.

- Uzun illərdir ki, Azmerikada yaşayırsınız. Azərbaycan sizin üçün hansı anlam ifadə edir? 
- Biz Qərbi Azərbaycanın Qaraqoyunlu mahalındanıq. Azərbaycan mənim vətənimdir. Atam İsgəndər İsgəndərov fizika üzə böyük alimdir, İsraildə, Yaponiyada elmi konfranslarda Azərbaycanı təmsil edirdi. O, Amerikada yaşasaydı, bəlkə də Albert Eynşteyn qədər tanınan bir alim olardı. Onun fizika sahəsi üzə yenilikləri çox dəyərlidir. Atam enerjinin saxlanması qanununun dairəvi hərəkət üzərində tətbiqi nəzəriyyəsini yazan alimdir. Sovet vaxtında çoxlu ixtiralar edib, mükafatlara layiq görülüb Amma çox təəssüf ki, biz bunu dünyaya yaya bilmədik.

- Bir az da özünüzdən danışaq…

- Amerikaya gələndə mənim on doqquz yaşım vardı. Yavaş-yavaş buradakı sistemə uyğunlaşmağa başladım. Burada mənim təşəbbüskarlıq həvəsimi artırdılar, heç kəs mənə mane olmadı. Daha da ruhlandırıldım. Təbii ki, hər gördüyümüz iş uğurlu olmur. Amma biz mübarizə aparırıq və son nəticədə istəyimizə nail oluruq. Amerika çox böyük bir ölkədir. Burada bütün ölkələrdən insanlar yaşayırlar.
Mən ailəliyəm, bir qızım var. Noyabr ayında 4 yaşı olacaq. Həyat yoldaşımı burada seçib, bəyənmişəm. Xoşbəxt ailəyik.

- Sizi milyarder kimi təqdim edirlər. Bu, həqiqətdirmi? 

- Bizim layihələrimiz yüksək məbləğdə sərmayə tələb edən işlərdir. Bunu qarşılamaq üçün kifayət qədər imkanlarımız var. Zənginlik o demək deyil ki, maddi imkanlara sahib olasan. Zənginlik yeniliyə imza atmaq, bununla da tanınmaqdır. Bu, insana puldan daha çox rahatlıq verir. Təbii ki, gördüyümüz işlər də yaxşı maliyyə qazandırır.

Nyu-York rəsmiləri ilə yaxşı münasibətim var. Konqresmenlərlə də əlaqələrim mövcuddur. Onlarla tez-tez görüşürəm. Amerikaya gələn gənclərimizin sayı son illərdə daha da çoxalıb. Mən buna sevinirəm. Əlimdən gələn qədər onlara dəstək olmağa çalışıram. Bu, ölkəmiz üçün önəmlidir. Məncə Amerikaya nə qədər çox gəncimiz gəlsə və burada yaxşı şeylər öyrənsələr, Azərbaycanımız da bir o qədər inkişaf edər.

- Amerikada yaşayan ermənilər sizə mane olmurlar ki? 

- Erməni lobbisi Kaliforniya ştatında daha güclüdür. Onlar dünya müharibələri vaxtı bura köçüblər, indi də maddi imkanları yüksək səviyyədədir. Onların lobbiləri yaxşı fəaliyyət göstərir. Amma son illər azərbaycanlı və türklərin lobbiləri də güclənib. Ermənilərə qarşı etiraz səsimizi ucalda bilirik. Amerikada elə bir şərait var ki, burada heç kəsin heç kəslə işi yoxdur. Hamı öz işi ilə məşğul olur. Biz ermənilərə qarşı etiraz aksiyalarında tez-tez iştirak edirik. Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırıq. Ermənilə isə qondarma soyqrımlarını dünyaya sırımağa cəhd edirlər.

- Amerikada kimin prezident seçilməsini istərdiniz? 

- Xanım Klintonun seçilməsi Azərbaycan və Türkiyə üçün müsbət nəticələr verəcək. Onun Obamanın planlaşdırdığı fəaliyyəti davam etdirəcəyini düşündüyümüz üçün biz xanım Klintonun seçilməsinin tərəfdarıyıq.

Hafiz Əhmədov, azvision.az

Facebook Şərhləndirmə:

“ABŞ-da yaşayan sumqayıtlı biznesmen: “Konqressmenlərlə tez-tez görüşürəm”” yazısına 4 cavab

  1. Surxay deyir:

    Oxudum cox fexr etdim) Men ozum de Goyce Mahalindanam, Cox fexr etdim ki, azerbaycanli bir genc oglan bele bir statusa gelib cixa bilib xaricde, Men ozum de 3 universitet bitirmishem, Ingilterede tehil almisam, amma ne etmek olar bu gun cox az mevacibe ishleyirem, umid edirem ki dovletimiz Xalid kimi gencleri elden buraxmasin cunki onlar bizim geleceyimizdir.. Ugurlar)

  2. Mehpare Ishenderova deyir:

    Salam Surxay oglum. Sizin yuksek intellekte sahib oldugunuz halda, az bir mevacib almaniza uzuldum..
    Men Xaliqin anasiyam, semimi arzulariniz ucun cox tesekkur edirem. Rebbimden size ugurlar arzulayiram.
    Hormetle Mehpare Iskenderova

  3. Mehpare Ishenderova deyir:

    Hormetli Hafiz muellim, oglum haqqinda derc etdiyiniz meqale ucun Size ailemiz adindan derin tesekkurumu bildirirem.
    Size mohkem can sagligi ve professional ugurlar arzulayiram .
    Hormetle Mehpare Iskenderova

  4. Mehpare Isgenderova deyir:

    Uzur isteyirem, amma soyadim Isgenderovadir

Şərhinizi yazın