Menu
Geri İrəli

“Art council” Sumqayıtda nümayəndəliyini açdı – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2012 • Baxış sayı: 730 dəfə • 1 şərh

“Art council” təşkilatının rəhbəri Dadaş Məmmədovun “sumqayitxeber.com”a müsahibəsi

“Art council” təşkilatının rəhbəri Dadaş Məmmədov “sumqayitxeber.com”-a müsahibəsində rəhbərlik etdiyi təşkilat, onun Sumqayıtda gələcəkdə nəzərdə tutduğu layihələr və hazırda Sumqayıt Dövlət Rəsm Qalereyasında davam edən sərgi barədə danışıb:

- “Art council” Azərbaycanın mədəniyyətini və incəsənətini təbliğ edən bir təşkilatdır. Eyni zamanda gənclərə dəstək olmağa çalışırıq.  Hər ay bizim təşkilatçılığımızla Bakıda 30-a yaxın rəssamın iştirakı ilə sərgilər olur. Onların arasında gənclər, eləcə də tanınmış rəssamlar var.

- Sumqayıtla bağlı layihələriniz də var, eləmi?

- Bəli, Sumqayıtda nümayəndəliyimizi açdıq. Sumqayıt Dövlət Rəsm Qalereyasında başlayan sərgi də elə bu münasibətlədir. Bundan sonra Sumqayıtda tez-tez görüşəcəyik. Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq şəraitində “Əhval-ruhiyyə” adlı belə bir sərgi açdıq. Burada Bakıdan olan rəssamlarla yanaşı, Sumqayıtdan olan rəssamların da əsərləri nümayiş etdirilir.  Sumqayıtdakı nümayəndəliyimizin rəhbəri isə sumqayıtlı rəssam İntiqam Ağayevdir.

- Bu sərgilər davamlı olacaqmı?

- Bəli. Bu sərgi ayın sonuna kimi davam edəcək. Ümumiyyətlə, hər ay Sumqayıtda sərgilər təşkil etməyi nəzərdə tuturuq.

- Sumqayıta maraq necə yarandı?

Bakıda biz yetərincə aktivik, istərdik ki, regionlarda, eləcə də Sumqayıtda da bu qədər aktiv olaq. Biz Sumqayıtla çox əməkdaşlıq etmişik, bilirik ki, burada çoxlu sayda istedadlı rəssamlar var. Elə buna görə marağımız yarandı ki, Sumqayıtda da nümayəndəliyimiz olsun.

Hazırladılar: Səbinə, Tural

Facebook Şərhləndirmə:

““Art council” Sumqayıtda nümayəndəliyini açdı – MÜSAHİBƏ” yazısına bir cavab

  1. Esmira deyir:

    serginin deqiq unvanini bilmek olar?

Şərhinizi yazın