Menu
Geri İrəli

“Aylıq gəlirim 3000 manatdan çoxdur”- Misir Mərdanovla müsahibə

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2015 • Baxış sayı: 481 dəfə • Şərh yoxdur

Sabiq təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov inter.az-a müsahibə verib. İnstitut direktoru rəsmi suallara cavab verdikdən sonra qeyri-rəsmi sualları da cavablandırıb. 

misir2

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

-İlk məvacibizi xatırlayırsınız? Nə qədər olub?

-O zaman Bakı Dövlət Universitetində müəllim kimi işləyərkən almışam. Müdafiə etməmiş çox az idi. Amma müdafiə etdikdən sonra o vaxtın pulu ilə 200 manat . Dekan müavini işləyəndən sonra isə 430 manat pul alırdım. O zaman üçün böyük pul idi. Məsələn, deputatın, raykom katibinin maaşından artıq pul idi. Yəni bir ailəni o pulla dolandırmaq kifayət idi.

- İndi vəziyyət necədi? Məvacibinizlə ailəni dolandıra bilirsinizmi?

-Belə deyim ki, uzun müddət dövlət işində işlədiyimə görə, yüksək təqaüd alıram. Yəni 2200 manata yaxın təqaüd alıram. İşlədiyim institutda isə orta hesabla isə ayda 900 manat məvacib alıram. Allah bərəkət versin. Aylıq gəlirim 3000 manatdan çox edir. Ola bilər qrantlar filan da olsun. Proqramlar üzərində işləyirik. Ailədə iki nəfərik. Həyat yoldaşım və mən. Ona görə də məvacibim tamamilə kifayət edir.

-İnstitutda nə işlər görürsünüz?

-Mən instituta gələndən sonra riyaziyatdan 3 elmi jurnal çap olunur. Onlardan 2 –si ingilis dilində çıxır. Həmin 3 jurnala direktor kimi mən rəhbərlik edirəm. Onu cda deyim ki hər ik dünyada çıxan jurnallar dünyanın müxtəlif agentlikləri tərəfindən qiymətləndirilir. Təəssüf ki, bu gün dünyanın ən səviyyəli agentliyi olan Thomson Reutersin siyahısında olan 10 min jurnalın içində Azərbaycandan bir jurnalın adı var. O da Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyatfakültəsinin buraxdığı jurnaldır. Ümumi məqsədimiz dünya agentlikləri siyahısında jurnallarımızın reytinqini qaldırmaqdır. Thomson Reutersin siyahısına daxil olan jurnalda məqalə çap etdirən alimin hər məqaləsinə 300 manat mükafat verilir. 33 məqalə var idi.Onların hər birinə 300 manat mükafat verdik. Əlbətdə alimlərin bu günkü maaşlarının yüksəkliyindən danışmaq olmaz. Amma onlar yalnız burada işləmirlər. İnstitutla yanaşı digər yerlərdə də işləyirlər. Ola bilər bir neçə yerdə işləsinlər. Biz onlara da şərait yaradırıq. Hər halda hesab edirəm ki, tanınmış alimlərimiz öz ailələrinin sosial xərclərini ödəyə bilirlər.

-Uşaqlığınızı necə xatırlayırsınız? 

-Uşaqlığım indi Ermənistan adlanan Ermənistan Respublikasının İcevan rayonunun Göyərçin və Salah kəndində keçib. İbtidai və yeddillik təhsilimi Salah kəndində almışam. Bizim kənddə orta məktəb olmadığına görə orta təhsilimi qonşu kənddə Poladda almışam. Yalnız qışdan başqa hər gün 4 kilometr məsafəni piyada gedib-gələrdik. Tək qışda Polad kəndində qalardıq. Hər gün 8 kilometr yolu sinif yoldaşlarımla deyə-gülə gəlirdik. Çox gözəl müəllimlərim olub. Çox yaxşı xatırlayıram. İlk olaraq anamı xatırlayıram. Sağdır yaşayır. Gülxanım müəllimə ibtidai sinifdə bizə yazmağı öyrədib. Novruz müəllim riyaziyyat üməllimimiz olub. Səyyad, Alı, Dursun, Mirzə müəllim yeddincisinfə kimi mənə dərs deyib. Poladda dərs deyən müəllimlərimi də xatırlayıram. O zaman indikindən fərli olaraq oxuyana, ziyallıya çox böyük hörmət var idi. Yadımdadır atam İkindi Dünya Maharibəsindən əvvəl İrəvanda Azərbaycan dilində pedaqoji məkltəbi bitirib. Daha sonra müharibəyə gedir qayıdanda isə rəhbər vəzifələrdə çalışır. Yəni ailəmiz ziyalı ailə olub. 3 bacı,3 qardaş olmuşuq.

-Qardaş, bacılarınızla yola getmisiniz?

-Əlbəttə, mən böyükləri olmuşam .İndi hamı köçüb gəlib Bakıda yaşayırıq. Təkcə kiçik bacım Moskvada yaşayır. Qalanlarımız Bakıda yaşayıq. Qardaşımın biri İlham Mərdanov riyaziyyat üzrə elmlər doktorudur, professordur. İndi həm Pedoqoji Universitetdə çalışır, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləyir. İkinci qardaşım Əli Mərdanov Şabran rayon Polis Şöbəsinin rəisidir. Böyük bacım Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimə işləyir. Əməkdar müəllimdir. Ondan kiçik bacım tibb elmləri namizədidir. Azərbaycan Dövlət Tibb Universitetində Anotomiya kafedrasının dosentidir. Kiçik bacım Zeynəb də Moskvada yaşayır. İndi təqaüdə çıxıb.

-Övladlarınız nə işlə məşğuldur?

-Üç övladım var. İki qızım, bir oğlum. Oğlum Daxili İşlər nazirliyinin əməkdaşıdır. Böyük qızım evdar qadındır. Uşağı körpə olduğundan onunla məşğuldur. Kiçik qızım da Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllimədir, dosentdir.

-Nəvələriniz şirin olar?

- Yeddi nəvəm var. Bu yaxınlarda böyük nəvəim toyunu etdik. Qalan nəvələrim də yavaş-yavaş böyüyürlər. Hələlik məktəbdə oxuyurlar.

-Daha çox hansı babalarına oxşuyurlar?

-Nə bilim. Desəm ki, babalarına oxşuyan yoxdu daha düz olar.

-Hazırda Bakıda harada yaşayırsdınız?

-May ayında dörd il olacaq ki, Novxanıda bağ evində yaşayıram.Qışda da, yayda da ordayam. Orada hər bir şəraitimiz var. Cavan vaxtı Bakıda müxtəlif yerlərdə yaşamışam. 9-cu mikrarayonda evim olub. Sonralar evi bacımgilə verdim. Sonra “Sovetsk”i deyilən yerə gəlmişəm, təzə tikilən binada yaşamışam. Dənizkənarında evim var. O evim indi də qalır. Amma indi orada yaşamırıq. Arada-bir gedib baxıram.

-Maşınınızı özünüz sürürsünüz?

-Özümün şəxsi avtomobilini həmişə özüm sürmüşəm. Hhəftənin 6-ci, bazar günləri, bayram günləri sürücünü evinə göndərmişəm ki onun da ailəsi var. Ailəsi ilə istirahət etsin. Özüm maşın sürmək həvəskarıyam.

-Bərk sürürsünüz?

-Bəli, yol yaxşı olsa sürürəm

-Radara düşdüyünüz vaxt olub?

-İki ilə yaxındır nazir deyiləm. Amma insanlardan çox hörmət görmüşəm. Əsasən də avtomobil müfəttişlərindən. Hətta qaydanı bilmiyərəkdən pozanda da “Hə, Misir məllim sizsizmi? Nə kömək lazımdır, sürün gedin” deyiblər. Yəni hansı qapını açıramsa, hansı müəssisəyə gedirəmsə orada hörmət görürəm.

-İstirahət etməyi sevirsiniz? Bu yay harda dincələcəksiniz?

-İsmayıllıda Zərgəran kəndində mənim evim var. Haradasa 10 gün güclü istilər olanda gedib orda dincələcəm. 10 gün İstanbulda, 10 gün də Almaniyada. Qohumlarımın çoxu Almaniyada yaşayırlar. Həm onlarla görüşmək, həm də qaynatam, qaynanam orada dəfn olunub, onların məzarını ziyarət edirik.

-Övladlarınızın sizə işi çox düşür?

-Əksinə daha çox mən zəng edirəm. Hətta arada yoldaşım deyir ki, nə istəyirsən uşaqlardan. Məsələn, oğlum 40-yaşını keçib. Amma hər gün əlaqə saxlayıram. Onlarla hal-əhval tutmasam, problemləri ilə tanış olmasan rahat ola bilmirəm. Eləcə də bacı-qardaşlarımla. Hər həftə görüşürük.

-Mənfi xüsusiyyətləriniz varmı?

- Əlbbətdə. Hamının müsbət xasiyyəti olduğu kimi, mənfiləri də var. Məsələn, yoldaşım məni qınayır. Hər gün çox tez oyanıram. Hər gün bir saat. Günün xəbərlərini izləyirəm. Daha sonra özümün riyazi məsələləri ilə məşğul oluarm. Bütün bunlardan sonra bir saat gəzməyə çıxıram. Sonra isə uşaqlardan hal-əhval tuturam. Həmişə yoldaşım mənə irad tutur ki, qoymarsan uşaqlar yatsın. Mənfi xüsusiyyətimin biri odur. Bəlkədə mənfilərimdən biri də insanlara tez inanmağımdır. Uzun illərin təcrübəsidir ki, insanlara inanmışam amma sonra görmüşəm ki hamıya inanmaq düzgün deyil.

-Həyat yoldaşınızla tanışlığınızdan, ailə qurmağınızdan danışardınız.

-Həyat yoldaşım öz kəndçimiz olub. Onun atası Salah kəndindən anası isə alman olub. Elədə yaxın olmasaq da ailə qurmağımızda mənim və onun valideynlərinin rolu olub. Onlar bir-birini daha yaxın tanıyıblar. Mənim atam yüksək nüfuza sahib olduğundan onun sözünü iki eliyə bilməzdik. Peşman deyiləm. 3 övladım, 7 nəvəm var. 44 il narazılıq etməmişik, yəqin ki bundan sonra da etmərik. Atama rəhmət oxuyuram ki, belə bir əməlisaleh insanla ailə qurmağıma şərait yaradıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın