Menu
Geri İrəli

Belarus səfiri: “Sumqayıt intensiv inkişaf edir, daha da gözəlləşir”

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2011 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur

Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç AzərTAc-ın müxbiri ilə söhbətində demişdir ki, Sumqayıtda Şəhər günü uğurlu oldu: “Çox gözəl təşkil olunmuş bu bayramın yüksək səviyyəsi məni heyran etdi. Təşkilatçıların zəhməti hədər olmadı. Kütləvi miqyaslı bayram tədbiri bizi sevindirir. Bu gün Sumqayıt intensiv inkişaf edir, daha da gözəlləşir”.
Şəhər günü münasibətilə şənlikləri müşahidə edən diplomat Sumqayıtın dinamik inkişaf etdiyini vurğulamışdır. Respublika rəhbərliyinin Sumqayıtı ölkənin müasir sənaye mərkəzinə çevirmək siyasəti şəhərdə uğurla həyata keçirilir. Elm tutumlu müasir innovasiya texnologiyalarının tətbiq edilməsi üçün çox iş görülür. Nisbətən qısa müddətdə burada nadir istehsal kompleksi – texnopark yaradılmışdır.
Belarus səfiri : “Sumqayıtda olmaq mənə xoşdur. O, Belarusun Mogilyov şəhəri ilə ticari-iqtisadi, elmi-texniki və mədəni münasibətlərin inkişaf etdirilməsi haqqında saziş bağlamış ilk Azərbaycan şəhərlərindən biridir. Son dörd ildə onlar qardaşlaşma telləri ilə sıx bağlanmışdır. Bu iki şəhər arasında nümayəndə heyətlərinin mübadiləsi aparılmış, onlar bir-birinin tarixi və iqtisadi inkişafı ilətanış olmuşlar”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın