Menu
Geri İrəli

Deputat: “Köçkünlər müavinətin əlavə hissəsini digər ehtiyaclarına xərcləyə biləcəklər”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2017 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

mirzecanMilli Məclisin deputatı Mirzəcan Xəlilov bildirib ki, ölkə Prezidentinin imzaladığı «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Fərman birmənalı şəkildə məcburi köçkün soydaşlarımızın maraqlaranın qorunmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. O, qeyd edib ki, bu Fərman illərdir ki, qaçqın və məcburi köçkünlərə dövlət qayğısını özündə əks etdirən siyasətin mühüm tərkib hissəsidir:

«Doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın bütün qayğıları, problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olub. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs özündə qaçqın və məcburi köçkün soydaşlarımızın sosial rifahının yüksəldilməsinin, onların mənzil şəraitinin yaxşılaşdırılmasını və digər zəruri problemlərinin həllini ehtiva edir. Bu siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 2003-cü ildə Prezidentimiz ölkəmizdə çadır şəhərciklərinin olmayacağı haqda vəd vermişdi və qısa zaman ərzində doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımız yeni qəsəbələrə köçürüldülər, ölkəmizdə çadır şəhərcikləri ləğv edildi. Bundan başqa, «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» qaçqın və məcburi köçkün soydaşlarımızın digər sosial ehtiyaclarının ödənilməsində əsaslı rol oynadı. Vurğulamaq lazımdır ki, indiyə qədər qaçqın və məcburi köçkünlərin prolemlərinin həlli ilə bağlı 7 milyard dollara yaxın vəsait sərf olunub. Qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində məktəblər, mədəniyyət mərkəzləri, uşaq bağçaları, tibb məntəqələri və digər zəruri obeyktlər tikilərək vətəndaşlarımızın istifadəsinə verilib. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticələridir».

M.Xəlilovun sözlərinə görə, «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Fərman ayrılan vəsaitin ünvanlılığının təmin edilməsinə və çatdırılma mexanizminin sadələşdirilməsinə xidmət göstərir. İmzalanan sənədin müxtəlif kontkslərdən mühüm əhəmiyyətə malik olduğunu vurğulayan deputat bildirib ki, bu Fərman şəffaflığın daha da yüksəldilməsinə, vahid müavinət alan şəxslərin bu vəsaitdən müstəqil şəkildə istifadəsinə imkan yaradır. Onun sözlərinə görə, məcburi köçkün ailələri alacaqları maddi vəsaitin kommunal xərclərdən əlavə hissəsini digər ehtiyapcları üçün istifadə edə biləcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın