Menu
Geri İrəli

Deputat: “Niyə biz özümüzə ayaqqabı, paltar tikmirik?” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2016 • Baxış sayı: 499 dəfə • Şərh yoxdur

eldar_36_158903_0001Modern.az saytı Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevlə müsahibəni təqim edir.

- Eldar müəllim, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün şərait necədir?

- Rəqabətə nə qədər müstəqillik versən, bir o qədər inkişaf olacaqk. Bazarda qiyməti ucuz, keyfiyyəti yüksək, insan tələbatını ödəyən  məhsulun olması vacib məsələlərdir. Söhbət kənd məhsullarından gedirsə, dadı, keyfiyyəti, saxlama müddəti bilinməlidir. Ona görə bu məsələlərdə rəqabət nə qədər azad olsa, o qədər də keyfiyyət, kəmiyyət yaxşı olar. İran da Türkiyə də böyük dövlətlərdir. Bir neçə gün öncə  Azərbaycan prezidentinin İrana rəsmi səfəri oldu. Bu səfərdə bir neçə müqavilə imzalandı. Prezident İlham Əliyev orada da qeyd etdi ki, “İran bizim qardaş dövlətimizdir. Biz həmişə İranın yanındayıq. Türkiyə də bizim qardaş dövlətimizdir”. Bunlar onu göstərir ki, regionda bizim ən yaxın münasibətdə olduğumuz ölkələr Türkiyə və İrandır.  Adət-ənələrimiz bir olmaqla bərabər, kənd təsərrüfatı məhsullarımız da eynidir. Bizim məhsulların keyfiyyəti digər iki dövlətin məhsullarına nəzərən daha üstündür. Biz həmişə geni dəyişmiş məhsulların əleyhinə olmuşuq. İran məhsulları arasında geni dəyişmiş mallar  daha çoxdur. Bunu həm İran, həm də Türkiyədən gələn vətəndaşlarımız da vurğulayır ki, bizim məhsulların dadına baxanda, deyirlər ki, elə bil 40-50 il əvvəl yediyimiz məhsulların dadıdır. Jirinovskinin bir sözü var ki, “Azərbaycanın pomidorunun dadını dünyanın heç bir yerində almaq olmur”. Mən bunu Avropa ölkələrinin təmsilçilərinin adından da deyə bilərəm ki, bir neçə dəfə Fransadan ayrı-ayrı şirkətlərin nümayəndələri gəlib, bizim pomidorları yeyəndə, deyirlər ki,  “zəhmət olmasa bizə əkməyə pomidor verin”. Elə olub ki, Azərbaycandan Fransaya əkmək üçün  pomidor şitili vermişik. Özləri üçün əkməyə aparıblar. Azərbaycanda bizim yetişdirdiyimiz məhsulların keyfiyyəti yüksəkdir. Deməli bizə etimad var. İnsan nəyəsə pul verib alanda özü ilə bərabər ailəsini də fikirləşər. Xüsusən ailədə kiçik uşaqlar da var. Onların sağlamlığı da olduqca vacibdir. Heç kim istəməz ki, geni dəyişmiş məhsulu öz uşağına yedirsin.

- Devalvasiyadan sonra insanların aqrar sahənin inkişafı ilə bağlı gözləntiləri var. Dövlət səviyəsində bu məsələyə xüsusi diqqət yetirilir. Sözügedən istiqamətdə nə əldə edə bilərik?

- Keçən il bizdə ölkə prezidenti tərəfindən  Azərbaycanda 2015-ci il “Kənd təsərrüfatı ili” elan edildi. Müəyəyən sahələrdə imtiyazlar verilməklə bərabər, irəliləyişlər də odu. Tezliklə ötən ilə dair büdcənin yekunu olacaq. Orada da görəcəksiniz ki, kənd təsərrüfatında müəyyən qədər irəliləyişlər var. Cənab prezident bir neçə dəfə qeyd edib ki, nəinki 2015-ci il, hər il “kənd təsərrüfatı ili” olmalıdır. Biz kənd təsərrüfatını yaddan çıxartmamalılıyq. Çünki  bu gün ən kreativ sahə aqrar sahədir. Burada söhbət təkcə əkin-biçindən getmir. Emal müəssisələri açıldı ki, kənd təsərrüfatı məhsulları emal olunmuş şəkildə dünya bazarlarına çıxarılsın. Mən bunun olacağına da inanıram. Bəzən fikirləşirik ki, bir günün içində hər şeyi qazanacağıq. Ancaq elə deyil. Kənd təsərrüfatı elə bir sahədir ki, gəlir az, ancaq davamlı olur. İş yerləri də var, dolanışıq da olur. Bu iş mövsümi işdir. Elə ola bilər ki, yay aylarında 12-14 saat işləsinlər. Ancaq qış aylarında onların dincəlmək vaxtı daha çoxdur. Digər tərəfdən, öz məhsullarını başqa yerlərdə sata bilirlər. Keçən ildən başlayaraq şəhərdən kəndə qayıtmalar var.

- Bəs bu qayıdışlar kəndin inkişafına necə təsir edəcək?

- Əlbəttə müsbət təsir edəcək. Torpaq, su, dövlət tərəfindən də qayğı var. Cənab prezident pambıq haqqında neçə dəfə çıxış edib. Pambıqçılıq kənd təsərrüfatınıln ən aparıcı sahələrindın biridir. Pambıq Azərbaycanda emal olunmalıdır. Təkcə yüngül sənayedən danışmırıq. Bizdə səhiyyəyə də, Müdafiə Nazirliyinə də pambıq lazımdır. Bizə pambığın çiyidi lazımdı. Hətta onun kollarından mebel sənayesində də istifadə edirlər. Hamı “Mercedes” və kompüterin arxasınca qaçır. Biz zəfəranı unutmuşuq. Dünyada qızıldan, platindən bahalı məhsuldur. Daxildən də, xaricdən də alıcısı var. Təbabətdə və məişətdə istifadə olunur. Mən özüm də zəfəran içirəm. Bütün dünya zeytunçuluqla məşğuldur.

Yunanlar üzümçülük, zeytunçuluq və turizmlə məşuldurlar. Üzümdən şərab çəkirlər, zeytundan yağ hazırlayırlar. Turizmlə daha çox məşğul olurlar deyə, zeytunçuluq bir az unudulub.

Fransızlar da şərabçılıqla məşğuldurlar. Azərbaycanda bu sahələrə diqqət vermək lazımdır. Tut ağaclarını da kəsdik. Tut ağacları iki cür olur, erkəyi və dişisi.  Bar gətirməyən tut ağacının yarpağını ipəkqurdu yeyirdi. O ağacları Şəkidə, Zaqatalada kəsdik. Qarabağı da  ermənilər zəbt etdilər. Bakının özündə də barama saxlanılırdı və  Şəki ipək zavodunda istifadə olunurdu.

Bu gün dəri ən qiymətli məhsullardan biridir. Əksəriyyətini xaricə göndəririk. Niyə biz özümüzə ayaqqabı, paltar tikmirik? Cənab prezident də dedi ki, “niyə biz öz ayaqqabımızı kənardan almalıyıq?”. Biz öz istehsalımızı inkişaf etdirməliyik.

- Aqrar komitənin sədr müavinisiniz. Bu məsələlərlə bağlı vəziyyət nə yerdədir? Baxış üçün bir neçə rayona səfərləriniz gözlənilirmi?

- Hazırda komitədə birinci işimiz budur ki, aprel ayında “Kooperasiya haqqında” qanunu ikinci, üçüncü oxunuşdan keçirib qurtaraq. Çünki bu qanun neçə vaxtdır gözləyir. Bu qanun artıq yetişib və gecikib. Hökumətin hesabatı ilə üst-üstə düşməsin deyə, biz onu gündəliyə saldıq. Aprel ayında ikinci, üçüncü oxunuşda biz onu qəbul edəcəyik. Parlamentin bütün üzvləri bu qanuna ikiəlli səs verəcəklər. Bizdə icraya nəzarət yoxdur. Bu gün qanunun həyata keçirilməsi icra orqanlarının üzərinə düşüb. Biz Ağcabədidə, Sabirabadda olmuşuq. Qanun qəbul olunmasa da, artıq rayonlarda işlər gedir. Biz də çalışacağıq ki, köməklik göstərək. Bu vaxta qədər hansı kooperativlərə köməklik olubsa, yen də biz həmişə hazırıq. Bizim istəyimiz odur ki, kənd təsərrüfatını yüksək səviyyəyə çatdıraq. Demirəm ki, 1-2 ilə Avropa standartlarına çata bilərik. Amma 5-10 ilə ola bilər. Məhsuldarlığı və keyfiyyəti yüksəltsək, Avropa bazarlarına rahat çıxa bilsək, camaatın ən böyük məqsədi kənd təsərrüfatını inkişaf etdirmək olacaq.

Məhsuldarıq nə qədər çox olsa, təminat da o qədər çox olacaq. Ona görə, söhbət təkcə torpağın çoxluğundan getmir. Qoy torpaqdan məhsuldarlıq çox olsun. Mal-qaramız olsun, süd, ət yüksək səviyyədə  istehsal edilsin. Son zamanlar yun özbaşına qalıb. Bu sahədə inkişaf lazımdır…

Pərvin Arzuqızı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın