Menu
Geri İrəli

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının oğlundan – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2013 • Baxış sayı: 656 dəfə • Şərh yoxdur

genceQafqazinfo” Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu, “Gəncə EYC-2016” İctimai Birliyinin sədri Elmir Vəliyevin Publika.Az-a müsahibəsini təqdim edir: 

 - Ötən həftə Gəncə şəhəri “Avropa Gənclər Paytaxtı” seçildi. Gəncənin başçısı kimi atanızın da bu işdə böyük zəhməti var. İstərdim ki, bu barədə fikir bildirəsiniz….

- Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Ölkə başcısı cənab Prezident tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin məntiqi nəticəsidir. Odur ki, bu möhtəşəm qələbə münasibətilə möhtərəm cənab Prezidentimizi və xalqımızı ürəkdən təbrik etmək istəyirəm.

Uzun zaman aparılan bir işin nəticəsi olaraq biz bu ada sahib ola bildik. Gəncədə son illər ərzində çox böyük əhəmiyyətə malik beynəlxalq layihələr, dünya gənclər festivalı, liderlik məktəbi, təlim kursları, mübadilə proqramları və digər geniş miqyaslı tədbirlər həyata keçirildi.

Eyni zamanda gənclər üçün infrastrukturun yaradılmasına başlanıldı ki, buraya yeni gənclər mərkəzinin təməlinin qoyulması, yeni olimpiya kompleksinin tikintisi, velosiped yollarının salınması və digər mühüm əhəmiyyət kəsb edən yeniliklər daxildir. Bütün bunlar gənclər üçün kompleks işlərin aparılmasına bir nümunədir. Həmçinin Gəncə şəhəri 2012-ci ildə Azərbaycanın ilk “Gənclər Paytaxtı” seçilib.

Bundan sonra da nə üçün Avropanın da “Gənclər paytaxtı” olmasın? – deyə düşündük. Bu məqsədlə də Gəncə şəhərinin Avropanın «Gənclər Paytaxtı» olması üçün namizədliyi irəli sürüldü. Birinci il, yəni 2015-ci il üçün bu titulu qazana bilməsək də ruhdan düşmədik və işimizi yenidən davam etdirdik. 2016-cı il üçün Gəncə şəhərinin namizədliyini irəli sürdük və qalib olduq.

- Qələbə uğrunda Avropanın daha hansı şəhərləri mübarizə aparırdı?

- İlkin mərhələdə 12 şəhər öz namizdəliyini irəli sürmüşdür. Bunlardan Türkiyədən Konya, Gürcüstandan Batumi, Polşadan Katovitse, İtaliyadan Lesse kimi şəhərlər ilk mərhələdə yarışmadan kənarda qaldılar və Gəncə Bolqarıstanın Varna, Şimali İrlandiyanın Qalvey, Litvanın Vilnus və İspaniyanın iki şəhəri La Laquna və Badajas şəhərləri ilə ikinci mərhələyə adladı. Çox sevindirici haldır ki, sonda qalib Gəncə şəhəri oldu.

- «Avropa Gənclər Paytaxtı» adına sahib olmaq üçün iştirakçılardan nə tələb olunurdu?

- İştirakçılardan birinci tələb olunan şərt Avropa Şurasına daxil olan ölkənin şəhəri olmasıdır və bu şəhər özünün konsepsiyasını hazırlamalı, qalib olduqdan sonra hansı fəaliyyət planını həyata keçirəcəyi haqqında layihə təqdim etməlidir. Bunun üçün tam izahlı bir fəaliyyət proqramı hazırlanmalıdır. Eyni zamanda indiyə qədər gənclər sahəsində həyata keçirdiyi işlər və ümumilikdə ölkədə həyata keçirilən gənclər siyasəti də nəzərə alınır.

- Qalib olmazdan əvvəl nələri etmək lazımdır?

- Qeyd etdiyim kimi şəhər bu layihəyə müraciət edərkən 2016-ci il və ondan əvvəlki illər (2014-2015) hazırlıq mərhələsində nə kimi tədbirlər həyata keçirəcəyini tam izah edən bir proqrama, fəaliyyət planına malik olmalıdır. Həmcinin geniş şəbəkələşmə və təbliğat işləri də həyata keçirilməlidir.

- Bu ada bir il əvvəl sahib olduğumuz respublikanın «Gənclər Paytaxtı» adının davamı kimi baxa bilərikmi?

- Bəli, biz Azərbaycanın «Gənclər Paytaxtı» adına layiq görüldükdən sonra Gəncə şəhəri «Avropa Gənclər Paytaxtı» adı uğrunda öz namizədliyini irəli sürdü. Bildiyiniz kimi 2011-2015-ci illər üçün Azərbaycan Dövlətinin Gənclər Proqramı var idi və Gəncə şəhərinin «Avropa Gənclər Paytaxtı»na namizədliyinin irəli sürülməsi möhtərərəm cənab Prezidentimizin imzaladığı həmin Dövlət Proqramına salınmışdı. Bu gün biz Gəncə gəncləri bu etimadı doğrultduğumuz ücun qurur duyuruq.

- Siz gənclərin qarşısına qoyduğu növbəti məqsədi nədən ibarətdir?

- Məqsədimiz bütün dünyaya Azərbaycanımızın müasir Avropa ölkəsi olduğunu göstərməkdir. İstəyirik ki, Azərbaycan gəncləri dünya gəncləri ilə bir araya gəlsin. Axı, bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə heç də digər ölkə gənclərindən geri qalmırlar. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən bir ölkəsinə nümunə ola bilər. Azərbaycanda Gənclər Fondu yaradılıb, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması üçün dövlət proqramı həyata keçirilir.

Azərbaycan gəncləri müxtəlif bilik yarışlarında, olimpiadalarda yüksək nəticələr göstərirlər. Mötəbər idman yarışlarında Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar. Bütün bunlar isə onu göstərir ki, Azərbaycanın 4000 min yaşlı ulu və müasir şəhəri olan Gəncə Avropanın gənclər paytaxtı olmağa layiq bir məkandır. Qazanılan uğurlara istinad edərək Azərbaycan gəncliyinin qüdrətini, xüsusən də, aparılan genişmiqyaslı quruculuq işləri sayəsində gündən-günə inkişaf edən, gözəlləşən Gəncə şəhərinin Avropa şəhərləri ilə bir sırada addımladığını dünyaya bəyan etməkdir.

Bu, hər bir gəncəli üçün çox böyük bir qürur, çox böyük bir sevinc, eyni zamanda çox böyük həyəcan idi; bizim şəhərimiz Avropanın 12 şəhəri ilə yarışdı və onların hamısından irəlidə olduğunu sübut etdi.

- «Gənclər Paytaxtı» seçildikdən sonra Gəncə bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. «Avropa Gənclər Paytaxtı» adı isə yəqin ki, bu miqyası bir az da genişləndirəcək, Avropa gənclərinin şəhərimizə olan marağını bir az da artıracaq….

- Əlbəttə, bu titul şəhərimizin, Azərbaycanımızın daha böyük miqyasda tanınması üçün böyük rol oynayacaq və şəhərimizin turizm potensialı üçün geniş imkanlar açacaq. Təbii ki, avropalı gənclər istəyəcəklər ki, öz paytaxtlarına gəlsinlər. Çünki Gəncə artıq təkcə Azərbaycanın şəhəri deyil, həm də Avropanın gənclər paytaxtıdır. Təbii ki, bu da şəhərimizə daha çox insanın marağını artıracaq, onların Gəncəyə gəlmək istəyinə bir təkan olacaqdır.

Doğrudanda Azərbaycan gəcnliyi özünün boyük qüvvə olduğunu sübut etdi və mən əminəm ki, bu gəncliyin ölkə başcısı cənab prezidentin ətrafında sıx birləşməsi nəticəsində Azərbaycan daha böyük uğurlara nail olacaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın