Menu
Geri İrəli

Gülər Əhmədova: “Onlar başa düşdülər ki, mənə qarşı çox böyük səhv ediblər – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2014 • Baxış sayı: 466 dəfə • Şərh yoxdur

1361291901_guler_ye_ni_5_2

Sabiq deputat, mandat alverində günahkar bilinərək həbs edilən, sonra şərti azadlığa buraxılan Gülər Əhmədova AzNews.az-a müsahibə verib. Modern.az saytı həmin müsahibəni təqdim edir.
- Gülər xanım, qarşıdan Milli Mətbuatın yaranmasının 139 illiyi gəlir. Bir vaxtlar ölkə mətbuatımızda təmsil olunan bir şəxs kimi KİV-lərimizin mövcud durumu barədə nə deyə bilərsiniz?
- Nə olursa olsun, Azərbaycan mətbuatında ən xoş sözlərə, mükafatlara layiq olan şəxslər təmsil olunur. Azərbaycan mətbuatının irəliləməsi üçün də ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən çox böyük addımların atıldığını görürəm. Ölkə mətbuatının irəliləməsi, saflaşması, eyni zamanda müstəqilləşməsi üçün dövlətin atdığı bütün addımlar göz qabağındadır. Hesab edirəm ki, jurnalistlərə ötən il dövlət vəsaiti hesabına ən müasir səviyyədə tikilmiş evlərin paylanılması da çox böyük hadisədir. Mən uzun illər jurnalistlərlə çalışmışam. Jurnalistlərimizin ən böyük sosial problemlərindən biri evsizlik olub. Şükürlər olsun ki, xeyli mətbuat işçisi dövlətimizin hesabına bu problemdən yaxa qurtara bildi. Bundan başqa mətbuatımızın inkişafı üçün dövlət tərəfindən digər addımlar da atılır. Bunu siz də bilirsiz.
- Mətbuat sahəsində hansı problemlər mövcuddur?
-Təbii ki, problemlər də var. Ən əsası jurnalistlərimizin intellektual səviyyəsinin qaldırılmasına ehtiyac var. Azərbaycan mətbuatının ən böyük problemlərindən biri jurnalistlərin birdilli olmasıdır. Onların əksəriyyəti yalnız bir dildə danışıb yaza bilirlər. Jurnalistlərimizin qəzet, jurnal və digər mətbu orqanlarda dərc olunan yazıları ən çoxu məhəlli xarakter daşıyır. Analitik yazılar demək olar ki, yox səviyyəsizdir. Ən ciddi, oxunan qəzet və sayıtlar belə daha çox şəxsi, qalmaqallı yazılara üstünlük verir. Jurnalistlərimiz hər hansı bir şəxsin üzərində qurulmuş qalmaqallı yazılarla gündəmi zəbt etməyə çalışırlar. Ölkə mətbuatında Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, təhsili, sosial problemlərlə bağlı analitik yazılar çox azdır. Ümumiyyətcə, bu sahədə ixtisaslaşan jurnalistlərin də sayı azdır. Jurnalistlərimzin əksəriyyəti rus, ingilis dillərini bilmir və bu da sonda mətbuatda bir sıra ciddi boşluqlar yaradır.
- Hansı boşluqlardan söhbət gedir?
- Ən azı jurnalistlərimizin əksəriyyəti yuxarıda adını sadaladığımız dilləri bilməməsi, ölkəmizlə bağlı xarici mətbuatda ciddi məlumatları yazıb, təhlil edə bilmir. Azərbaycan mətbuatında hesab edirəm ki, bölünmə ilə bağlı gecikmələr var. Bu iş çoxdan aparılmalı idi. Dünyanın elə bir regionunda yerləşirik ki, jurnalistlərimizin içərisində konkret olaraq İran, Rus, Türkiyə Avropaşunaslar olmalıdır. Çünki Azərbaycanın xarici siyasətdə o qədər böyük addımlayır ki, bunu ölkə mətbuatında analiz edən, onu kütləyə çatdıra biləcək yazılar görmürəm. Halbuki Azərbaycanın xarici siyasətində çox önəmli hadisələr baş verir. Amma ölkə KİV-ləri bunu kiçik xəbər şəkilində yayımlamaqla kifayətlənirlər. Amma heç kim başa düşmür ki, dünyanın iqtisadi böhran vəziyyətində yaşadığı dövrdə necə oldu ki, ölkəmiz bu problemlərdən rahat yan ötüb keçə bilir. Bunun da analitikasını heç yerdə oxumamışam. Və yaxud bu gün dünyada ciddi qlobal problemlər mövcuddur. Vaxtilə eyni sistemdə yaşadığımız ölkələr çox ciddi problemlər yaşayır. Şükürlər olsun ki, Azərbaycan bu problemlərdə yan ötüb keçir. Fikrimcə, ölkəmizdə bu cür uğurlarımızı, problemlərimizi düzgün yaza bilən analitiklər olmalı, xalqa oxuculara nəyin nə olduğunu daha geniş, başa düşülən formada çatdırmalıdırlar.
- Məlum məsələlərə görə həbsdə olarkən, sizə qarşı mətbuatda qərəzli yazıların dərc olunduğunu demişdiniz. Hazırda necə, belə hallar yenədə varmı?
- Bu cür hallar dünyanın hansı ölkə mətbuatında yoxdur ki? Bu hər yanda var. Elə jurnalistlər var ki, sifarişlə yazılar yazırlar.
Mən ümumiyyətlə, 1993-cü ildən Azərbaycan mətbuatında çalışmışam. İlk işim o vaxtlar çox məşhur olan, böyük tirajla çap olunan və satılan “Səhər” qəzetində olub. Mən həmin illərdən mətbuatla sıx əməkdaşlıq edirəm. Ona görə də, heç vaxt jurnalistlərimizlə pis münasibətdə olmaq arzum olmayıb. İnanmıram ki, kimsə barəsində qərəzli yazıların yazılmasının tərəfdarı olsun. Əks halda belə bir “məlumatlara” dözümlülük nümayiş etdirmək lazımdır. Mən bunu həbsdə olarkən də gördüm. Nəticədə də bir neçə jurnalist həbsdən buraxılan gün məndən halallıq istədilər. Mən də sözügedən jurnalistlərə halallığımı verdim. Onlar başa düşdülər ki, mənə qarşı çox böyük səhv ediblər.
Mən ölkəmizdə xeyli jurnalistin problemlərinin həll olunması və irəliləməsi istiqamətində köməklik etmişəm. Bu gün sözü gedən insanlar sayəmdə kifayət qədər yaxşı məqam sahibi olublar. Onların çalışdıqları kollektivlərdə də bunu bilən var. İnanıram ki, zamanında onlar mənim bu yaxşılığımı dilə gətirəcəklər. Media təmsilçilərimizə göstərdiyim dəstəyə görə də, heç vaxt peşman olmamışam və hesab edirəm ki, düz etmişəm.
-“Mərkəz” qəzetinin fəaliyyətini bərpa etməyi düşünürsünüzmü?
-Vallah tam səmimi danışmaq istəyirəm. Hər kəsə sizin vasitənizlə bir daha bəyan edirəm ki, hər hansı bir işi görməyə hazırlaşmıram. İşləmək haqqında heç planım da yoxdur.
-Niyə?
-Eh.. Xeyr. Nə istirahət?.. Problemim var. Məlum hadisələrdən sonra, ailəmə çox mənəvi-psixoloji zərbələr dəyib. Bu zərbədan kiçiyindən tutmuş böyüyünə kimi hamıya ziyan edib. Mən ailəmlə birlikdə bütün gücümzlə çalışırıq ki, bu cür mənfi emosiyadan çıxaq. Ailəmlə birlikdə olacağam və həyatımı onlara həsr etmək istəyirəm. Ona görə də hələ ki, heç bir iş barədə düşünmürəm, hər hansı planım yoxdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın