Menu
Geri İrəli

İlhamənin keçmiş köməkçisinin adı daha bir cinayətdə: “…başını kəsib verdi ki, apar bunu basdır” — MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2015 • Baxış sayı: 361 dəfə • Şərh yoxdur

İlhamənin keçmiş köməkçisinin adı daha bir cinayətdə: "...başını kəsib verdi ki, apar bunu basdır" —  MÜSAHİBƏ

Bakı şəhər Nərimanov rayonu, ikinci Şimal küçəsi, ev 5-in sakini Hacıməmmədova Gülnarə Lətif qızı Ölkə.az-ın redaksiyasına müraciət edib.

Şikayətçinin əməkdaşımızla olan söhbətini olduğu kimi təqdim edirik.

- Gülnarə xanım, probleminiz nə ilə bağlı idi?

- Mehriban adlı bir qadın var, səkkizinci mikrorayonda “Qrand” marketin yanında kafesi var.

- Söhbət konkret olaraq kimdən gedir?

- İlhamə xanımla problemi olub ha, bax o Mehriban.

- Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanı nəzərdə tutursunuz?

- Bəli, bəli.

- Siz onu hardan tanımısınız?

- Evimizin yanında bir kafe var. Bilmirəm, Mehribanındır, yoxsa götürüb kiməsə icarəyə verib. Orada ev yeməkləri bişirir. Bizim uşaq da, özüm də bir neçə dəfə orada yemək yemişik. Həmin kafedə başqa bir qadınla söhbətləşdik, dedim ki, problemlərim var. Qadın mənə dedi ki, bir baxıcı var, ona baxdır, deyəcək sənin niyə bu vəziyyətdə olduğunu. Qadın bizi Mehriban Hüseynova ilə tanış elədi. Mehriban mənə baxdı, dedi ki, bağlısan, əməl ediblər. Sonra evinə çağırdı, suyu qızdırıb qurğuşun-murğuşun tökdü. Dedi ki, bunun min manat xərci var, hələ əl haqqı almıram. Bir həftənin içində faizə götürüb üç dəfə üç yüz manat verdim. Ümumilikdə 300 manatı əl haqqı olmaqla, 1300 manat pul aldı məndən. Dedi ki, səni təmizləmişəm, sağalacaqsan. Bir neçə gündən sonra gördüm ki, səhhətimdə heç bir dəyişiklik yoxdur. Getdim dedim ki, ay Mehriban xanım, axı heç bir dəyişiklik olmadı. Mən də şəkər xəstəsiyəm. Dedi get bir balıq, iki dənə də təzə kəsilmiş qara toyuq al gətir. Gedib iki qara toyuq, bir dənə də balıq gətirdim. Balığın başını kəsib mənə verdi və dedi ki, apar bunu qəbristanlıqda basdır. Balığın başını qəbristanlıqda basdırandan sonra düşdüm yorğan-döşəyə.

- Balığın başını hansı qəbristanlıqda basdırmışdınız?

- Biləcəri qəbristanlığında yolun sağında bir qəbristanlıq var, orada basdırdım. Balığın başını basdırandan sonra axşam getdim deyəm ki, dediyin kimi eləmişəm. Gördüm ki, balığı qızardır. Başını verib mənə ki, apar qəbristanlıqda basdır, özünü də qızardır (gülüşürük). Toyuğun içalatına da nəysə elədi mənə verdi. Onu da balıqla bir yerdə basdırdım.

- Toyuqlar da onun evində qalmışdı?

- Bəli. 150 manat balığa, 100 manat da toyuğa görə məndən pul aldı.

- Ev toyuğu almışdınız, yoxsa broyler?

- Evin yaxınlığından ev toyuğu almışdım. Bir qadın satırdı. Alanda dedim ki, bu iş üçün istəyirəm. O dəqiqə dedi Mehriban istəyir? Dedim ki, bəli. Arvad da onu tanıyırmış.

- Bu toyuq məsələsi də belə getdi. Bəs sonra nə oldu?

- Heç nə alınmadı, xəstə yatdım. Xeyli müddət sonra özümə gəldim. Bir neçə gün öncə evinə getdim ki, pulumu istəyim. Yoldaşı mənə dedi ki, İlhamə Quliyeva onu tutdurub. Oğlum, mən qəzet oxumuram, telefondan, internetdən də başım çıxmır. Tutulmağından da xəbərim yox idi.

- Siz ona fala baxdıranda bilirdiniz ki, İlhamə Quliyevanın köməkçisidir?

- Bəli, demişdi ki, İlhamə xanımın çöl işlərini mən həll edirəm. Yəni ev işlərini yox. Dedim məni də orda işə düzəlt. Dedi ki, özüm də ordan çıxmaq istəyirəm, amma İlhamə xanım məni buraxmır. Əri onun həbs olunduğunu deyəndən sonra kafedəki qadının yanına gəldim. Özümü elə apardım ki, guya heç nədən xəbərim yoxdur. Soruşdum ki, Mehriban necədir, pulumu almaq istəyirəm? Dedi sən pulu ona hissə-hissə vermisən də. Dedim onun nə dəxli var, bir həftənin içində vermişəm də.

- Bununla bağlı harasa rəsmi müraciətiniz olub?

- Əri də belə deyəndən sonra heç yerə müraciət etmədim.

- Axşam gəlib gördünüz ki, balıq qızardır. Heç olmasa sizə təklif elədi?

- Təklif zad eləmədi. Uşağımı işə qoymaq istəyirdim, bu da guya mənim yollarımı açacaqdı.

- Özümə maraqlı olan bir məsələ var. Dediyinizə görə, ümumilikdə 1500 manata yaxın pulunuz gedib. Həmin pulu 10 kasıb adama verib savab qazanmaq olardı. Necə düşünürsünüz?

- Şəkər xəstəsiyəm. Allaha and olsun o pulu faizlə götürmüşəm və indiyə kimi də faiz verirəm. Əlli manat pensiyamın üstünü düzəldib faiz verirəm. Bu Məhərrəm ayına and olsun dediyim kimi olub. O indi içəridədir. Yıxılana balta çalmazlar. Amma mənim o pula ehtiyacım var. İki gündür qazsız qalmışam. Eşitmişəm heyvanları var. Satsın, mənim də pulumu versin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın