Menu
Geri İrəli

Mahir Şükürov: “Bütün komandalar “Neftçi”lə qorxaq futbol oynayırlar”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2013 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

Hazırda  Bakının “Neftçi” klubunun şərəfini qoruyan, Sumqayıt futbol məktəbinin yetirməsi  Mahir Şükürov Futbolmedia.Az saytına müsahibəsində həm flaqmanın “Bakı” komandasına qarşı keçirəcəyi oyun haqqında danışıb, həm də digər maraqlı məqamlara aydınlıq gətirib.

Premyer Liqanın 23-cü turunda səfərdə “Bakı”la qarşılaşacaqsınız. Görüş haqda nə düşünürsən?

Artıq ilk “altılıq” yarışına start veriləcək. Buradada ancaq güclü komandalar görüşəcək. Məqsədimiz isə bu yarışmada rəqiblərimizi məğlub edərək, mövsümün sonunu lider kimi bitirək. Matça çox yaxşı hazırlaşırıq. Komanda bu oyunun ciddiliyini də çox önəmsəyir. Rəqibimizə çox hörmətlə yanaşırıq. Onların da bu yarışda öz məqsədləri var. Deyərdim ki, çox ağır oyun olacaq. Lakin əlimizdən gələni edəcəyik ki, səfərdən üç xalla dönək.

Rəqibinizin turnir cədvəlinin son pillələrindən gözlənilmədən yuxarıya doğru sıçrayaraq, kubokun yarımfinalına da vəsiqə qazandı. Artıq istənilən güclü komandadan xal almağı bacarırlar. Bir sözlə, “Bakı”nin artıq özünə gəlməsi sizi narahat etmir ki?

Düzünü deyim ki, bizi narahat etmir. Çünki özünüz də gördünüz ki, hansı güclü komandaları məğlub etməyi bacardıq. Çempionatın ən güclü klublarından olan, qapısında ən az top buraxan “İnter”i belə məğlub etməyi bacarmışıq. “Neftçi” əgər meydanda güc qoyursa, mütləq həmin komandanı məğlub edir. Məhz buna görə də bizim üçün problem yoxdur. Bizi maraqlandırmır ki, hansı komanda bu gün formadadır. Və ya kimi məğlub ediblər.

“Simurq”la kubok oyunlarında “Neftçi” çox əziyyət çəkdi. Həm səfər, həm də, ev oyununda oyununuz istənilən kimi alınmırdı. Komandada nələr baş verir?

Bilirsiniz necədir, bir komandayla tez-tez oynadıqda belə hallar olur. İstər-istəməz bir-birimizin oyununu oxuyuruqü. Yəni baş məşqçilər də bu zaman komandaları yaxşı analiz edə bilirlər. Yoxsa ki, komandada elə bir problem yoxdur. Həmin günü “Simurq”un qapsı qarşısında nə qədər qol epizodlarımız oldu. Biraz da ehtiyyatlı oynadığımız üçün nəticə belə oldu. Rəqib komanda da ancaq müdafiə olunurdu. İmkan düşəndə əks-hücuma keçirdilər. Bugünkü gündə bütün komandalar “Neftçi”lə qorxaq futbol oynayırlar. Ancaq müdafiə futbolu oynayırlar. Bizə açıq futbol təklif edən komanda yoxdur.

Qayıdaq yenə “Bakı”la oyuna. Rəqibinizin heyyətində yeni transfer Marius Pena dəfələrlə fərqlənərək komandasının uğrunda böyük pay sahiblərindən biri oldu. Bir müdafiəçi kimi bu futbolçudan çəkinmirsən?

Əslində bu futbolçuyla üz-üzə gəlməmişik. Nədə ki, onun oyununu analiz etmişəm. Lakin bu futbolçu mənim üçün qorxulu deyil. Nəyinki Marius Pena heç birindən çəkinmirəm. Tək mən deyil, “Neftçi”nin müdafiəçilərinin heç biri çəkinmir.

Bəs səfərdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

Bilirik ki, çətin oyun olacaq. Lakin bir məqsədimiz var ancaq qalib gəlmək haqda düşünürük. İnşallah da matçdan sonra sevinən tərəf biz olacağıq.

“Neftçi”ki hazırki durumun necədir. Eşitdiyimə görə, baş məşqçi Böyükağa Hacıyevlə aranız dəymişdir. Bu belədir?

Allaha şükür bugünkü gündə hər şey öz qaydasındadır. Əgər komandamız yaxşı nəticə göstərirsə, baş məşqçi və futbolçu arasında nə problem ola bilər. Gözəl bir kollektivə malikik. Nəticəmiz isə göz qabağındadır.

Əli HƏYATİ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın