Menu
Geri İrəli

Məlahət Abbasova ailə sirrini açdı: “Ona nahaq ərə getdim”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 648 dəfə • Şərh yoxdur
Share Button

malakhat_abbasova_aktrisa_5O, Bakıdadır. ATV-də yayımlanacaq “Məlahətli söhbətlər” adlı verilişi ilə bağlı təqdimat mərasimi üçün Bakıya gəlib.

sumqayitxeber.com Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış aktrisa Məlahət Abbasovanın Yenicag.az-a müsahibəsini təqdim edir.

- Maşallah, illər sizi heç dəyişməyib. Cazibədarlığınızın sirrini bəlkə bizə də açıqlayasınız?

- Məncə, bu, genetika ilə bağlıdır. Gözəl görünmək üçün xüsusi heç nə etmirəm, sadəcə, qrimim mükəmməl olur.

- Yəni plastik əməliyyat etdirməmisiniz?

- Yox, bu, mənim təbii görünüşümdür. Axı mən həm də aktrisayam və səhnədə təbii görünməliyəm. Bəlkə də 10 ildən sonra komplekslərim olacaq və plastik əməliyyat etdirəcəm. Amma indi buna ehtiyac görmürəm.

- Komplekslərdən söz düşmüşkən… Görünüşünüzdə sizi narahat edən nədir?

- Bir az çəkimlə bağlı komplekslərim var, vəssalam.

- Sizcə vücudunuzda sizə gözəllik verən nədir?

- Gözlərim. Deyim ki, özümü çox da çirkin və çox da gözəl qadın saymıram. Amma hesab edirəm ki, yaşıma görə gözəl görünürəm.

- Sizi tamaşaçıya sevdirən nədir?

- Səmimiyəm, hər zaman bu səmimiyyəti qoruyub saxlamışam. 27 ildir ki, Türkiyədəyəm, bu illər ərzində dəyişmədim. Ünsiyyətciləm, ilk tanış olduğum insanla qırx ilin dostu kimi danışıram. Özümü heç vaxt çəkib, dağ başına qoymuram. İstiqanlı olmağım da yəqin məni insanlara sevdirir.

- Qardaş Türkiyədə Azərbaycanı düşünəndə heç gözləriniz dolurmu? Daha çox kimlər üçün darıxırsız?

- Evimiz və uşaqlığım üçün darıxıram. Türkiyə qürbət deyil, qardaş ölkədir, buna görə də özümü orda qəribçilikdə hiss etmirəm. Amma uşaqlığım, tələbəlik illərim, gəncliyim bu şəhərdə keçib, o çağlar üçün darıxıram.

- Azərbaycanlı qızı olaraq sizi daha çox hansı xüsusiyyətlərinizə görə dəyərləndirirlər?

- Qonaqpərvərliyim, istiqanlığım, insanlarla ünsiyyətimə görə…

- Evdə daha çox hansı ölkənin mətbəxinə aid yeməklər bişirirsiniz?

- Azərbaycan mətbəxindən yalnız yarpaq və badımcan dolması bişirirəm Daha çox türk yeməkləri hazırlayıram.

- Heç qayınana-gəlin problemləriniz oldumu?

- Yox, heç vaxt. Bəzən anama deyirəm ki, qayınanamı səndən çox istəyirəm, əsəbiləşir. Onu anam qədər çox istəyirəm.

- Həyat yoldaşınızla aranızda mübahisə düşəndə heç peşman olursunuzmu ki, kaş ki, azərbaycanlı bəylə ailə quraydım.

- Olur. Hirsləndiyim zaman özünə də deyirəm ki, nahaq sənə ərə gəldim, gərək Azərbaycanda qalıb ailə quraydım.

- Bəs onun cavabı nə olur bəs?

- Eyni sözlərlə cavabımı verir. Deyir ki, o zaman evlilik təklifimi niyə qəbul edirdin?

- Uzun illər ailənizi qoruyub saxlamağınızda kimin daha çox rolu olub?

- Mənim və qayınanamın. Mən ailə içində söz-söhbət, dava və mübahisələri sevmirəm. Həddən artıq güzəştə getməyi bacaran qadınam və qarşılıqlı hörməti dəyərləndirirəm.

- Həyat yoldaşınızın hansı xüsusiyyətinə görə, onun mənfi cəhətlərinə göz yummusunuz?

- Sənətimə anlayışla yanaşması mənə bəs edib ki, ona hər zaman güzəştə gedim.

- Qısqancdırmı?

- Yox. Həyat yoldaşım nə qısqancdır, nə də romantik. Heç vaxt məni qısqanmayıb. Heç buna əsas da verməmişəm. Sənət adamıyam. Əgər məni qısqansaydı, bu, sənətimdə mənə maneə yaradardı.

- Yəni hər hansı bir tamaşada, ya da filmdə oynadığınız gənc xanım obrazına müdaxilə edibmi?

- O bilir ki, mənim öz qanunlarım var və heç vaxt açıq-saçıq rollarda oynamaram. Həyat yoldaşımı bir tərəfə qoyaq, 22 yaşında oğlum var. Onu daha çox düşünürəm.

- Övladınızı evləndirərkən, seçiminə müdaxilə edəcəksizmi?

- Heç vaxt. Kimi sevərsə, onunla da evləndirəcəm. Qızım da kimi sevsə, ona ərə verəcəm.

- Azərbaycanda “Sübhün səfiri”, “Mahmud və Məryəm” filmlərində çəkilmisiniz. Daha hansı filmdə oynamaq arzusundasınız?

- Tarixi şəxsiyyətlərin qızlarının obrazını yarada bilmərəm, çünki yaşım keçib. Buna görə də onların analarını, həyat yoldaşlarını və nənələrini oynayıram.

- Yaşdan söz düşmüşkən, rəqəmlər sizi qorxudur?

- İçimdə öz yaşımı yaşamıram. Həyatımı daha gənc, dinamik və fəal keçirirəm. Xanımlara məsləhət verərdim ki, heç vaxt yaşdan qorxmasınlar, gözəl qalsınlar və pozitiv düşünsünlər.

- Həyatınızı rənglərlə müqayisə etsək, hansı rənglər daha çox üstünlük təşkil edib?

- Heç vaxt qara və boz rənglər olmayıb. Hətta evimdə belə tünd rənglərdən istifadə etməmişəm. İç dünyam da əlvan rənglərlə doludur. Əsəbiləşirəm, üç saatdan sonra yenə də əvvəlki halıma qayıdıram.

- Hansı xüsusiyyətinizi silib atmaq istəmisiniz?

- Heç birini.

- Bəs özünüzdə bəyəndiyiniz cəhət?

- Təmkinli olmağım. Heç vaxt özümü itirməmişəm.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın