Menu
Geri İrəli

“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2014 • Baxış sayı: 477 dəfə • Şərh yoxdur

Ədalət və İnkişaf Partiyasının xarici siyasət üzrə sədr müavini Yasin Aktay xeber365.com saytına verdiyi müsahibədə bir sıra məsələlərə toxunub. Yasin Aktayın, xüsusən, Türkiyənin İsraillə münasibətləri barədə dedikləri Ankaranın bu məsələdə heç bir güzəştə getməyəcəyini büruzə verir.

 -         Yasin bəy, prezident Rəcəb Tayyib Ərdoğan “Yeni Türkiyə” siyasətini irəli sürmüşdü. Ondan əvvəl isə “qonşularla sıfır problem” siyasəti elan edilmişdi. Ümumiyyətlə, “Yeni Türkiy1906_345rə” deyəndə nə nəzərdə tutulur və bu siyasi düzəndə türk cumhuriyyətlərinin yeri hardadır?
-        Yeni Türkiyənin ən önəmli güclərindən biri də türk cumhuriyyətləridir. Onlarla olan yaxşı münasibətlərimiz, ticarət, mədəni və sosial əlaqələrimizin daha da güclənməsi, bu respublikalardan Türkiyəyə çoxlu tələbələrin gəlməsi, yaxud bizdən onlara iş adamlarının getməsi hər iki tərəfin gücünü artırır. Türkiyə “sıfır problem” siyasətini həyata keçirərkən də gücünü, bu məsələdəki yatırımı daha böyük işə, ticarətə yönəldəcəyini nəzərdə tuturdu. Böyük olmaq bir az da onunla bağlıdır. Modern və postmodern dönəmində böyük olmaq hər kəsə qazandırmaqla yanaşı, özünün də qazanması deməkdir. Əgər özün qazanacaqsan, qarşı tərəf itirəcəksə, bu, heç bir şey qazanmamaqdır. Türkiyə “sıfır problem” deyəndə qonşularla münasibətləri daha da gücləndirməyi, həm onların, həm də özünün qazanmasını istəyir. Əslində biz konfliktlərin, savaşların xaricində olan yeni bir barış, ticarət yolu təklif edərək, hər kəsin qazanacağı doğru yolu tapmağa çalışırıq. Türkiyə bunu tapib. Münasibətlərimizi gücləndirməklə ticarət həcmini 30 milyard dollardan 165 milyarda çıxarda bilmişik. Bunda türk cumhuriyyətlərinin çox önəmli payı var. Çünki  Türkiyə əvvəldən Avropaya istiqamətlənən bir ölkə olub. Avropaya doğru irəliləməkdən vaz keçməmişik, yenə davam edirik. Sadəcə xarici siyasətimizi daha da şaxələndirərək, Qərb üçün daha bir üstünlük qazandırırıq.
-    Deməli, Avropa Birliyi hələ də Türkiyənin hədəfindədir?
-    Əlbəttə, Avropa Birliyi Türkiyənin birinci hədəflərindəndir. Avropa Birliyinə doğru gedərkən Orta Şərqlə, Orta Asiyayla, türk cumhuriyyətlərilə, uzaq Asiyayla, Latın Amerikasıyla, Afrikayla, hətta Rusiya ilə münasibətləri daha da gücləndirmək faydalıdır. Bu gün Türkiyə bir sıra ölkələrlə münasibətlərinə görə Avropa üçün vazkeçilməz tərəfdaş halına gəlib.
-    Bütün bunlara rəğmən müxalifət Ədalət və İnkişaf Partiyası iqtidarının qonşularla “sıfır problem” siyasətini tənqid edir. Bildirilir ki, hakimiyyətin bu siyasəti Türkiyəni yalqız qoydu. Bu barədə nə deyə bilərsiniz?
-     Türkiyə yalqız deyil, bunu kim deyib?! Türkiyə dünyanın hər tərəfində çox hörmət görən bir ölkədir. Doğrudur, bəzi ölkələrlə ixtilafımız var, anlaşa bilmirik. Çünki öz xalqını qətlə yetirən bəzi rəhbərlər var ki, onlarla anlaşa bilmərik. Bu isə yalqız qalmaq demək deyil. Əksinə, biz onlara insanlıq dəyərlərini xatırladıb, bütün dünyaya örnək vermiş oluruq. Əmin olun, ixtilaf söhbətlərinin sonunda Qərb və bizi yalqız buraxmış ölkələr arxamızca gəlmək məcburiyyətində qalırlar. Baxın, “həm İraqda, həm də Suriyada yalqız buraxıldıq” deyə söyləyən müxalifət artıq ABŞ-ın bizə haqq verdiyini gördü. Əvvəl-axır Misir məsələsində də bizə haqq verməyə başlayacaqlar. Qonşularla “sıfır problem” siyasəti o demək deyil ki, qonşular nə istəyirlər etsinlər, göz yummaq lazımdır. Eyni zamanda onlara dəyərlər mövzusunda öncüllük etmək missiyamız da var.
-      O zaman İsraillə münasibətlərinizin gələcəyini necə görürsünüz?       
-     İsrail Türkiyədən üzr istədi. Həmçinin “Mavi Mərmərə” məsələsində şəhid olan vətəndaşlarımızın təzminatını ödəyəcək və Qəzzadakı atəşi aradan qaldıracaq. Çünki İsrail Qəzzada günah işləyir. Bu ölkə ilə münasibətləri yaxşı olan hər kəs günahkar duruma düşəcək. İnsanlığa qarşı suç işləyən bir ölkəyə göz yuman və etiraz etməyən hər kəs günahkardır. Biz həmin vəziyyətə düşmədiyimiz üçün günaha batanları da xəbərdar edirik. Ötən əsrin 30-cu illərində almanlar yəhudiləri necə ağır duruma salmışdılarsa, bu gün yəhudilər fələstinliləri eyni vəziyyətə salıblar. Qəzza – böyük bir şəhər mühasirədədirsə, hər kəs buna etiraz etmək məcburiyyətindədir. Bu gün Türkiyənin bu məsələdə yalqız olması qətiyyən önəmli deyil, gec-tez hamı bizim dayandığımız nöqtəyə gələcək. Əks təqdirdə insanlığın öldüyünü deyəcəyik.
-         Gələn il uydurma erməni soyqırımının 100 illiyi olacaq. Ankaranın bununla bağlı hər hansı proqramı varmı və Azərbaycanla birgə nələr etməyi planlaşdırırsınız?
-   Təbii ki,  biz Azərbaycan-Ermənistan problemi həll olunmadan Ermənistanla münasibətləri tam şəkildə qurası deyilik. Qarabağ məsələsi həll edilmədən münasibətlərimiz düzəlməyəcək.
-         Yəni sərhədlər açılmayacaq?    
-         Təbii ki, sərhədləri açmağı düşünmürük. Eyni zamanda Ermənistandan da ağıllı davranmasını gözləyirik. Çünki Ermənistanın etdikləri ağıllı iş deyil, biz bölgədə hər kəsin bir-biriylə yaxınlaşmasını, barış içində yaşamasını, Azərbaycanla Ermənistanın barışmasını istəyirik. O zaman Türkiyə sərhəddini açar, bundan isə Ermənistan da, biz də, Azərbaycan da qazanar.
-         Güman ki, Moskvanın bu məsələyə təsirini də nəzərə alırsınız?
-         Əlbəttə, Rusiyanın bu məsələdə rolu var, amma müsbət rol oynamasını gözləyirik. Nə yazıq ki, Rusiya bu məsələlərdə barışı və problemi asanlaşdıracaq yanaşma göstərmir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın