Menu
Geri İrəli

Rafiq Hüseynov: “Xəstəliyi bəlli olan insan nə düşünər?”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2013 • Baxış sayı: 457 dəfə • Şərh yoxdur
rafiqTanınmış diktor, Xalq artisti Rafiq Hüseynov müalicə olunmaq üçün Almaniyaya gedəcək. Xatırladaq ki, R.Hüseynovun ağciyərində bir müddət əvvəl xərçəng xəstəliyi aşkarlanıb.
Azərbaycan Dövlət Tibb Univeristetinin rektoru, akademik Əhliman Əmiraslanov R.Hüseynovun sağlıq durumunun nəzarətdə saxlandığını, müayinələr aparılıdığını demişdi. Dünən sevimli diktorumuzla əlaqə yaradıb, sağlıq durumu ilə maraqlandıq. R.Hüseynov nikbin danışdı: “Xəstəliyi bəlli olan insan nə düşünər? Yaşamaq arzusu ilə, yaşamaq hissi ilə yaşayıram”. R.Hüseynov “Şərq”ə bildirdi ki, Ə.Əmiraslanovun sədrliyi ilə keçirilən konsiliumda əməliyyat olunmaq qərarı verilib:
- Həkimlər toplaşdı, geniş konsilium keçirdilər. Sizə bildirmişdim ki, Türkiyədən də bu sahə üzrə mütəxəssis Bakıya dəvət olunub. Mənim üçün ən yaxşı xəbər bu oldu ki, yaranın metastaz vermədiyi bildirildi. Bu, məni sevindirdi. Bildirildi ki, əməliyyat olunmalıdır. Əgər metastaz vermiş olsaydı, ancaq kimyaterapiya edilə biləcəkdi. Amma indiki vəziyyətdə cərrahiyyə yolu ilə müdaxilə mümkündü. Kəsib götürəcəklər.
- Burda əməliyyat olunacaqsınız?
- Mənə təklif etdilər ki, burda olsun. Amma qərarı özüm verməliyəm. Belə təklif də var ki, Almaniyada yaxşı mütəxəssislər var, dostlarım təklif edir ki, Almaniyaya gedim. Bunun heç bir halda bizim həkimlərə inamsızlıq kimi qəbul edilməsini istəmirəm. Mən bizim həkimlərin təcrübəsinə də, peşəkarlığına da inanıram. Ancaq Almaniyada konkret adamlar var ki, məni dəvət edirlər və bu cür əməliyyatlarla bağlı artıq böyük və müsbət təcrübə olduğunu deyirlər.
- Nə vaxt getməlisiniz Almaniyaya?
- Bəlkə bu həftənin sonu səfər etdim.
- Bəs maddi dəstək olacaqmı?
- Söz veriblər. Dövlət tərəfindən dəstək olacaq. İnşallah, qayıdandan sonra mənə dəstək olan insanlara təşəkkürümü bildirəcəm.
- Ailəniz də sizinlə gedəcəkmi?
- Bəli. Qızım da, həyat yoldaşım da yanımda olacaqlar.
Biz də sevimli diktorumuza Allahdan şəfa diləyirik. Səfəriniz xeyirli olsun, inşallah, sağ-salamat geri qayıdın, Rafiq müəllim!…
 
/modern.az/
Facebook Şərhləndirmə:

Şərhinizi yazın