Menu
Geri İrəli

Robotics dərslərində uşaqlara nələr öyrədilir? – AZƏRBAYCANDA YENİ LAYİHƏ – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2016 • Baxış sayı: 438 dəfə • Şərh yoxdur
Share Button

Razılaşaq ki, övladının müəllim, hətta hüquqşünas, prokuror olmasını istəyənlərin sayı öncələrə nisbətən azalmağa doğru gedir. Valideyn reallığı qiymətləndirərək görür ki, dünyanın nəbzi texnika sıçrayışı ilə vurur. Bu yeni tendensiya axınında cəmiyyətə texniki elmlərə yiyələnmiş mütəxəssislər humanitar biliklərə yiyələnmişlərdən daha çox lazım olacaq və lazımdır. Odur ki, dünya təhsili texniki elmlərə xüsusi önəm verir.

Ölkəmizdə də təhsilin bu sahəsinə həm cəmiyyətin, həm də investorların marağı yaranmağa başlayır. Robotics İnstruktoru Nadir Zamanov Sumqayıtda yerləşən “Kiddy Robotics” və Reduco Tədris Mərkəzinin müəllimi, təlimçisidir. Onunla söhbətimizdə bu dərslərin mahiyyəti, əhəmiyyəti, uşaqların hansı bilik və bacarıqları mənimsədiyi barədə danışmışıq.

- Nadir müəllim, bu dərslərdə komandanız uşaqlara konkret olaraq nələri öyrətməyə çalışır. Proqramınız nələrdən ibarətdir və  bu dərslərin tələbələrə hansı faydaları var?“>554832_1278542498829277_4953596817721848759_n

- Bu dərslərdə STEM təhsil metodologiyası əsasında 7-15 yaş arası bütün uşaqlara bir neçə mərhələdən – Kinematika və Modelləşdirmə, Alqoritmlər və Qrafik proqramlaşdırma, Robotics Pro kimi mərhələlərdən ibarət olmaqla robotiks məşğələləri tədris edilir. Mərkəzdə uşaqlara texnologiyaların, mühəndisliyin, riyaziyyat və fizikanın sirləri əyləncəli-praktiki yollarla öyrədilir.

Robotics dərsləri sayəsində tələbələr hərtərəfli inkişaf edərək sözün əsl mənasında “başlarını işlədəcək”, məntiqlərini və yaddaşlarını gücləndirəcəklər. Bir az tezisləşdirsək, belə demək olar:

- Dəqiqlik, analitik və kritik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək və s. kimi bacarıqlar əldə edəcəklər.

- Gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq mükəmməl təhsil və karyera üçün artıq ilk uğurlu addımlarını atacaqlar.

- Əldə olunan biliklərin real həyatda necə tətbiq olunacağını praktiki olaraq görəcək və öyrənəcəklər.

- Beynəlxalq olimpiadalar və layihələrdə iştirak imkanı əldə edəcəklər.

“>12814384_1274328279250699_4644994552074495298_n

- Yaş bölgüsü necədir?

- Robotics dərslərimiz hal-hazırda 7-10 və 11-15 yaş arası uşaqlardan ibarət 8 nəfərlik qruplara tədris olunur.

 

- Bu yaşlarda uşaq üçün Robotics dərsləri çətin olmazmı?

- Dediyim kimi, dərslərimiz 7-10 və 11-15 yaşlı tələbələr üçün nəzərdə tutulub və bütün dərs proqramı və metodologiyası tələbələrin yaş həddi nəzərə alınaraq hazırlanıb. Dərslərimiz əsasən əyləncəli-praktiki üsullarla keçdiyindən, heç bir tələbə çətinliklə qarşılaşmır. Tələbələrin keçirilən mövzuları tam qavramasını və öyrənməsini təmin etmək üçün hər ayın sonunda keçirilən mövzulardan imtahan olunurlar və bu imtahanların nəticələrinə əsasən mövzuların yekun dərsləri keçirilir. Bu isə hər bir tələbənin mövzuları tam olaraq anlamasına və öyrənməsinə şərait yaradır.

 

- Elə isə düşünə bilərikmi ki, uşaqlar bir müddətdən sonra robot düzədə biləcək? 

- Bu mövzuda bir az ehtiyatlı danışmalıyam. İlk öncə deyim ki, Robotics dərslərinin məqsədi robot düzəltməkdən ibarət deyil. Gündəlik həyatımızın bütün sahələrində istifadə etdiyimiz robotların, maşınların, avadanlıqların işləmə prinsipləri, bu prinsiplərin alqoritmik ardıcıllığı, məntiqi və mexanizmi dərslərimizdə tələbələrə əyləncəli-praktiki yollarla öyrədilir, Robotics dərsləri onlarda elmə və texniki təhsilə qarşısıalınmaz həvəs və maraq oyadır, mükəmməl biliklərə yiyələndirir.

- Dərslərdə hansı avadanlıqlardan istifadə olunur?

– Robotics dərslərimiz əsasən Cənubi Koreya, Yaponiya, Avropa və Amerika mənşəli Robotis,  Lego Mindstorms,  Arduino və Raspberry Pi kimi avadanlıqlar və platformalar vasitəsilə öyrədilir.

Söhbətləşdi:

Vüsal Məmmədov 

Məlumat üçün bildirək ki, hal-hazırda Kiddy Robotics Sumqayıt şəhərində 2 ünvanda fəaliyyət göstərir:

* Kiddy Robotics Mərkəzi ; 17-ci məhəllə, M.Əzizbəyov 13/36, 3-cü polis bölməsi (keçmiş pasportstol) ilə üzbəüz.

Tel: (+994 018) 654-28-50 ;

Mob: (+994) 55 940-69-75

e-mail: kiddyrobotics@gmail.com

* ”REDUCO” Tuition Centre ;  İsmət Qayıbov 211/1

Tel: (+994 018) 656-06-67, (+994 018) 648-08-08

Mob: (+994) 50 375-06-66, (+994) 70 833-11-73

e-mail: info@reduco.az

e-mail: info@reduco.az

“>12565559_1104502056247167_2429111264875986891_n“>12705713_1116729295024443_2248289877318135769_n“>12795337_1274327062584154_4587812400229600174_n“>12804800_1274328415917352_5737114612256871651_n“>12832558_1278541742162686_2390904441568322550_n

- See more at: http://gencaile.az/robotics-derslerinde-usaqlara-neler-oyredilir-azerbaycanda-yeni-layihe-musahibe/#sthash.mKHYZ9hf.dpuf

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın