Menu
Geri İrəli

Ruhi İlham Rəhimovla münasibətlərindən danışdı: “Uşaqlarımın atası İlham müəllimdir”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2014 • Baxış sayı: 1,035 dəfə • Şərh yoxdur

ruhiBiznes-ledi Ruhi azpolitika saytına müsahibə verib.

 Ailem.az həmin müsahibəni ixtisarla təqdim edir.

 -Ruhi xanım, bilirik ki, biznesinlə də məşğulsunuz. Azərbaycanda bizneslə məşğul olmaq o qədər asan deyil. Xüsusən də sizin kim, həm də müxtəlif layihələr həyata keçirən, televiziyada çəkilişlərə qatılan və azyaşlı övladları olan bir qadın üçün. Neçə çatdırırsınız? Və biznes işləriniz necə gedir?

 - Şükürlər olsun ki, yaxşı gedir (gülür). Yəni elə yüksək səviyyədə olmasa da, “ağlamalı” da deyil. Normaldı. Açığı böyük bi biznesim olmasa da, həmişə şükür edirəm. Çünki mənimlə bərabər orda çalışan 7-8 xanım da ailəsinə ruzi aparır. Hamisi da etibarlı, imanlı xanımlardı…

 O ki qaldı necə çatdırmağıma, əlbəttə çətindir. Düzdür, hər bir iş, fəaliyyət zəhmət tələb edir. İstər bu biznes olsun, istərsə də bir başqa sahə. Bilirsiz, biznesi qoruyub saxlamaq, onu qurmaqdan daha çətindir. Xüsusən, qeyd etdiyiniz kimi, azyaşlı övladları olan bir ana üçün bu qədər işi çatdırmaq da asan deyil. Mənə də çox çətindir. Bilirsiz, 2 oğlumu mən tək böyüdürəm. Ailədə həm kişi, həm də qadin rolu mənim üzərimə düşür. Buna görə də mən lazımı qədər evdə ola, istədiyim kimi onların qayğısını çəkə bilmirəm. Övladlarıma yaxşı bir gələçək qurmaq, onlara yaxşı təhsil vermək üçün daha çox çalışmağı lazım bilirəm… Bu isə, əlbəttə çətindir. Bəlkə də təssəvvür edə bilməzsiniz ki, bir gənc qadın üçün bu yükü daşımaq nə qədər ağırdır… (kövrəlir). Ançaq ağırlığına baxmayaraq, mən bütün işlərin öhdəsindən gəlirəm. Bəlkə də ona görə ki, sevdiyim işlərlə məşğulam. Həyata keçirdiyim layihələr ürəyimcədir, mənə zövq verir. Biznesim sevdiyim bir sahədədir. Ona görə bu işi daha dərindən öyrənməyə çalışıram. Övladlarım isə mənim həyatımın mənasıdır, hər anımı onlara həsr etmək istəyirəm. Bütün vaxtımı onlarla keçirə bilməsəm də, hər dəqiqələrindən məlumaat alıram. Çox etibarlı, 8 ildir tanıdığımız bir xanım daim onların yanındadır. Əvvəllər baçımın uşaqlarının dayəsi idi, indi də Məhəmmədimlə, Həsənimə baxır. Yəni, əgər bir işi sevə-sevə görürsənsə, əziyyətini hiss etmirsən. Yorulsan da, sənə güc gəlir. Mən də nə qədər yorulsam da, evə gəlib, Məhəmmədlə Həsəni qucağıma aldıqda yenidən güçüm qayıdır… Bir də ki, ətrafımda çox gözəl insanlar, yaxşı dostlarım var və bütün bu işləri görməkdə mənə yaxından kömək edirlər, dəstək olurlar. Məni tək qoymurlar, uğurlarımda onların da payı çoxdur.

-Bir halda ki, söhbət övadlarınınızı tək böyütməyinizdən düşdü, bunun səbəbini də açıqlamağınızı istərdik. Bununla bağlı siz ana olduqdan sonra xeyli söz-söhbət oldu…

- (Sözümü kəsir) Üzr istəyirəm, ancaq mən yenidən o söhbətlərə qayıtmaq istəmirəm. Əsas odur ki, mən övladlarımı sağ-salamat dünyaya gətirdim. Rəbbimiz bunu mənə qismət etdi. Bu mənim ən böyük arzum idi. Bilirsiz, mənim səhhətimdə müəyyən problemlər vardı, ana olmağım risqli idi. Ancaq buna baxmayaraq, mən anamdan, yaxınlarımdan gizlədərək özümə başqa tərəfdən ziyan verə biləcək ciddi bir müalicə götürdüm. Bəlkə də çox qadın buna getməzdi, bir ucunda həyati təhlükə vardı. Amma bütün bu təhlükələr mənim ana olmaq istəyim qarşısıında dayana bilmədi. Şükürlər olsun ki, Rəbbim də mənim bu istəyimi görüb, sağ-salamat 2 oğlan övladı bəxş etdi. Nə özümə, nə övladlarıma heç nə olmadı… Allahın mənə bəxş etdiyi bu xoşbəxtliyin qarşısında mən ancaq şükürlər edə bilərəm… Düzdür, həmin vaxt mən çətin bir dövr yaşadım (gözləri yaşarır, qəhərdən danışa bilmir )… Görürsüz, xatırladıqca pis oluram… O vaxt mənə qarşı bəzi haqsızlıqlar oldu… Ancaq yenidən o dövrə qayıtmaq istəmirəm.

- Ruhi xanım, övladlarınızın atası ilə bağlı sualları ya cavablandırmırsınız, ya da üstüörtülü cavab verirsiniz. Bəlkə də buna görə gah övladlarınızın “surroqat ana” tərəfindən dünyaya gətirildiyi, gah sizin süni yolla hamilə qaldığınız və sair iddialar səslənir…

-(əsəbləşir) Bilirsiz, mən o zaman da demişdim ki, hamı övladlarımın atasının kim olduğunu çox yaxşı bilir. Birinci növbədə də atası özü. Sadəcə mən etik qaydaları gözlədiyimdən, ataları özü istəmədən onun adın açıqlamadım, buna ehtiyac da duymuram. Onlar mənim övladımdır, atalarının kim olduğunu da özləri biləcək. Bunu ictimaiyyətə açıqlamağa nə ehtiyac var?… Bəli, o dövrdə də, ondan sonra da mənə, övladlarıma dediyiniz şəkildə, daha ağır formada iftira atanlar oldu. Ancaq hamısının cavabı verilib. Mən belə böhtanların atılacağını bildiyimdən hazırlıqlı idim, bütün hamiləlik dövrümü, hətta ana olmağımla bağlı prosesi də lentə aldırmışdım. İkinci bir tərəfdən övladlarımın atası da hamiləlik zamanı müəyyən müddət yanımda olub. Biz uzun müddət bir yerdə yaşamışıq… Bu haqda danışmaq istəmirəm… Heç istəmirəm… Gəlin bu sualdan keçək.

 - Ruhi xanım, siz ictimai insansınız. Ona gərə də medianın sizinlə bağlı qaranlıq qalan suallara aydınlıq gətirmək istəməsindən əsəbləşməməlisiniz. Bilirik ki, ana olmazdan öncə iş adamı İlham Rəhimovla birlikdə yaşamısınız. Ancaq birdən-birə ayrıldınız, səbəbini heç biriniz izah etmədiniz. Həm sizinlə, həm də İlham Rəhimovla bağlı yazıların altında gələn şərhlərin çoxunda bu soruşulur. Biz də oxucuların fikirlərini nəzərə alaraq, bu sualları sizə veririk. Niyə ayrıldığınızı açıqlamayacaqsınızmı?

 - Mən sizi də, oxucularınızı da başa düşürəm. Ancaq bəzi məsələlər var ki, inanın onların səbəbini mən özüm də bilmirəm. Mənə də bəzi məsələlər qaranlıqdır. Elə məsələlər də var ki, onlar haqda danışmaq doğru deyil. Yəni o bizim şəxsi həyatımızdır, açıqlama veməyi də lazım bilmirəm.Yəqin zamanla hər şeyə aydınlıq gələr.

 - Elə isə başqa bir məsələyə aydınlıq gətirin. Mətbuatdan oxuduq ki, yeni ili övladlarınızla Dubayda keçirmisiniz. Yəqin ki, uşaqlara sənəd almısınız… Ata olaraq kimin adını yazdırmısınız?

- Neçə yəni kimin? Ataları kimdi onun…

- Gizli deyisə kimin?..

- Niyə gizli olur ki, ataları İlham müəllimdir, onun da adı yazılıb. Bilirsiniz, mən də istəyirəm bu söz-söhbətə son qoyulsun. Övladlarımın atası ilə bağlı kimin ağlına nə gəldi danışmasını, yazmasını qəbul edə bilmərəm. Çünki Məhəmmədlə Həsən bu gün uşaq olsalar da, gələcəyin kişisidirlər, əsgəridirlər, məmuru və müəllimi olacaqlar. Hər bir ana kimi mən də övladlarımın adına hər hansı bir ləkə gəlməsini, onların mənəvi travma almasını istəmirəm. Buna imkan da vermərəm. Nəyə görə kiminsə maraqlarına görə mənim övladlarım atasız, ya da atası bilinməyən adlansın?! Yenə deyirəm, övladlarımla bağlı geniş danışmaq istəmirdim. Ancaq bir halda ki, israrla soruşursunuz, bu məsələyə də burda son qoymaq istərdim. İllər cox tez keçir. Artıq bu gün-sabah övladlarımın 2 yaşları olacaq. Bu gün hələ körpə olan Məhəmmədlə Həsən sabah məktəbdə, hansısa universitetdə oxuyacaqlar. Dostları, tanışları olacaq. Mən istəmirəm ki, onlar nəyə görəsə, kimə görəsə dostlarının yanında başı aşağı olsunlar. Atasız adı alsınlar, ya da atalarının kim olduğu müzakirə edilsin. Mən ana kimi hər zaman onların şərəfini, ləyaqətini qoruyacağam (gözləri dolur, əlləri titrəyir)… Kimsə də yalan danışaraq onların adına ləkə gətirəcək bir açıqlama verərsə, mən susmayacağam. Niyə və nə vaxta qədər Ruhi susmalıdır?

- Əslində, Ruhi xanım, bu söz-söhbətin yayılmasının bir səbəbi də Sizin indiyədək konkret ad açıqlamamağınızdı. Hər kəs bilsə də Sizin dilinizdən eşitmək istəyirdi. Elə bu yaxınlarda mətbuata müsahibənizdə də övladlarınızın ataları kimi ağıllı, savadlı bir alim olmağını arzuladığınızı bildirərkən, İlham Rəhimovu nəzərdə tutduğunuz aydın olsa da, konkret ad çəkmədiyinizdən hərə bir söz danışdı…

 - Bəli, doğrudur. Bilirsiz, mən hər kəsin fikrinə, qərarına hörmətlə yanaşıram. Bəlkə də, ona görə özümlə bağlı nə desələr susaram. Ancaq heç bir ana, heç bir valideyn istəməz ki, övladına zərər dəysin. Bu açıqlamanı da mən övladlarım gələcəkdə mənəvi zərbə almasın deyə verdim. İnanın, artıq bununla bağlı söz-söhbətdən, suallardan yorulmuşam. Qeyd etdiyim kimi, zaman sürətlə keçir, Məhəmmədlə Həsən bu gün-sabah cəmiyyət içinə çıxacaqlar. Bu çür söhbətlər məni həddən artıq qorxudur. Ki bunlar başa düşən zaman belə söhbətlərin hələ də ortada olması onlarda psixoloji travmaya səbəb olar. Ətrafımda məni istəyən insanlar kimi, istəməyənlər də var. Onların bu cür söhbətləri qəsdən qabartmaqla övladlarımın psixologiyasını pozmasından qorxuram. Onlarin beyinləri ağ kağız kimidir. Nə yazsan, o da qalacaq. Qorxuram ki, bu çür söhbətlər övladlarıma mənəvi yük olar və onlar bu yükün altında gələcəkdə əzilərlər. Ona görə də mən bi açıqlamanı verdim. Mənim də səbrim tükəndi. Artıq bu söz-söhbətə son qoymağın zamanıdır.

 - Ruhi xanım, bəs İlham müəllim övladları ilə maraqlanırmı? Bilmirəm oxudunuz, ya yox, onunla götürdüyümüz müsahibəyə gələn bəzi şərhlərdə övladlarına da, sizə də lazımı köməklikləri göstərdiyi iddia olunurdu…

 -(Gülür) Gəlin, bu barədə də danışmayaq. Bu bizim ikimizə aid olan bir məsələdi. Ancaq deyim ki, illərlə mən o insanla bir yerdə yaşamışam, çox böyük hörmətim var. Mən o zaman sizə müraciətimdə də dedim ki, kimsə həm mənim barəmdə, həm də onun haqda yalan, iftira məlumatlar yayaraq, bizi bir-birimizlə qarşı-qarşıya qoymaq istəyir. Çünki həm mənim, həm də onun ailəsi ilə bağlı durmadan yalanlar ortaya atılırdı. Bunun da bir nəticəsi olmadığını gördülər. Ola bilməzdi. Çünki əvvəla, övladlarımın atası kimi mən ona həmişə hörmətimi saxlayıram. Hər halda Məhəmmədimlə Həsənim onun qanını daşıyır. İkincisi də, İlham müəllim yalnız respublikada deyil, dünyada tanınan ziyalı bir insandır. Bəzən şərhlərdə nalayiq fikirlər yazırlar. Bilib-bilmədən, nə gəldi yazırlar ki, bunu doğru saymıram. Ona görə də onlara münasibət bildirməyə də ehtiyac duymuram. Bu qədər. Bununla bağlı başqa açıqlama vermək istəmirəm, xahiş edirəm soruşmayın da. Adı da ona görə açıqladım ki, bir tərəfdən siz məni çox əsəbləşdirdiniz və məcbur qoydunuz. Bir tərəfdən qeyd etdiyim kimi, övladlarımın zədə almasını istəmirəm. Ancaq bir daha bu söhbətə qayıtmaq istəmirəm.

 - Görürəm əsəbləşmisiniz, söhbətimizin məcrasını bir qədər dəyişək. Məhəmmədlə Həsəndən hər zaman danışırsız, ancaq heç üzlərini göstərmirsiniz. Maraqlıdır, kimə daha çox oxşayırlar?

 - İnşalah bu yaxınlarda göstərərəm, hamı da rahat olar. Şükürlər olsun, gözəl-göyçək 2 oğlan uşağıdır- biri qara, biri sarı. O ki qaldı kimə bənzəmələrinə, hər halda mənə oxşadan çox azdı. Qohum-əqraba, Tovuzdan görənlər Məhəmmədi daha çox rəhmətlik ata babalarına oxşadırlar. Allah rəhmət eləsin, hökmlü bir kişi olubdu. Həsəni isə hamı atasına oxşadır. Amma mən Məhəmmədin getdikcə daha çox atasına oxşadığını düşünürəm. Hər halda mənə oxşarlıqları azdır (gülür). Ancaq bu məni narahat etmir. Bir dəfə demişəm, arzulayıram ki, yalnız zahirən deyil, ağılda, savadda, bacarıqda da atalarına oxşasınlar. Təbii ki, mən bir ana kimi bunun üçün nə lazımdırsa etməyə çalışacam. Onların ləyaqətli, imanlı, təhsilli, vətənini sevən, şərəfli bir kişi kimi formalaşmasına çalışacam. İdmanla məşğul olmalarını istəyirəm. Ən yaxşı məktəblərdə oxumaları üçün nə lazımdısa edəcəm. Onları elinə-obasına bağlı övlad kimi böyütməyi arzulayıram. Çünki elini-obasını sevməyən insan, nə vətəninə, nə də ailəsinə xeyir verə bilər. Bir sözlə, baçardığımızı övladlarımızdan əsirgəməyəcəyik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın