Menu
Geri İrəli

“Sənaye məhəllələrinin sayının artırılması nəzərdə tutulur”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2016 • Baxış sayı: 668 dəfə • Şərh yoxdur

received_10153490835832695

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tahir Mirkişili: “Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bir sıra məsələlərlə yanaşı, sənaye istehsalı istiqamətində çox ciddi işlərin aparılmasının zəruriliyini də diqqətə çatdırıb. O, bildirib ki, ölkə ərazisində texnoparklar, sənaye klasterləri, həmçinin bütün regionlarda sənaye zonaları yaradılmalıdır. Prezident İ.Əliyev bu istiqamətdə işlərin daha da sürətlə getməsinin, artıq nəticələrin gözə görünməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, sözügedən istiqamətdə mərkəzi icra orqanları, bu sahəyə cavabdehlik daşıyan orqanlar və xüsusilə, yerli icra orqanları da fəal işləməli, bununla əlaqədar təşkilati işlər görməli, yerlər ayırmalı, şərait yaratmalıdırlar. Prezidentin tapşırığından irəli gələn bu məsələ ilə əlaqədar indiyə kimi görünən işlər, sənaye park və məhəllələrinin hansı regionları əhatə etməsi, bunun iqtisadi əhəmiyyəti və sairlə bağlı “Kaspi”nin suallarını Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişilicavablandırır.

- Tahir müəllim, sənaye parkı, eləcə də məhəlləsi nədir və bu layihələrin tətbiq olunması ölkə iqtisadiyyatı üçün nə dərəcədə əhəmiyyətlidir?
- Sənaye məqsədləri ilə xüsusi ayrılmış bölgələrin qurulması 1960-cı illərdən başlayaraq müxtəlif formalarda baş verir. İlk nümunələr olaraq istehsal – sənaye yönümlü Azad İqtisadi Zonaların qurulmasını qeyd etmək olar. Bu zonalar əsasən çox ucuz işçi qüvvəsinə malik ölkələrdə dəniz limanlarının ətrafında qurulurdu. Eyni zamanda, inkişaf etmiş ölkələrdə və hətta sosialist ölkələrində də, misal üçün 1967-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində istehsalyönümlü bölgələrin qurulmasına başlanılıb. İstehsalyönümlü Azad İqtisadi Zonaların yaradılması irimiqyaslı istehsalın inkişafına və bununla da müvafiq texnologiya və biliklərin transferinə yardım edirdi. Bu tip sənaye əraziləri ilə yanaşı, bir qayda olaraq xüsusi iqtisadi imtiyazları, yəni vergi və gömrük güzəştləri olmayan sənaye bölgələri – “sənaye məhəllələri” formalaşmağa başlamış və bu bölgələrə müxtəlif ölkələrdə fərqli adlar verilib. “Sənaye məhəlləsi” xüsusi ərazi bölgüsü olaraq, əsasən kiçik və orta müəssisələrin inkişafı üzrə əlavə bir mexanizm kimi nəzərdə tutulur. Bu ərazilər kiçik və orta müəssisələrin inkişafı üçün nəzərdə tutulsalar da, onların ərazilərinin ölçüləri bəzi hallarda sənaye parklarının ərazilərinə yaxın ölçüdə, hardasa yüzlərlə hektar olurlar. Lakin əksər hallarda sənaye məhəllələrin əraziləri 5-80 hektar arasında dəyişir. Qeyd etmək lazımdır ki, həm istehsalyönümlü Azad İqtisadi Zonaların – sənaye parklarının, həm də sənaye məhəllələrinin ərazilərinin idarə olunması üçün xüsusi bir idarəedici təşkilat, yəni operator yaradılır.

- Azərbaycanda sənaye park və məhəllələrinin yaradılması, bununla da qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün bu günə qədər hansı işlər görülüb?
- Azərbaycanda hazırda 4 sənaye parkı və 2 yüksək texnologiyalar parkı və 1 sənaye məhəlləsi yaradılıb. Bunlar Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir sənaye parkları, Yüksək Texnologiyalar Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı və Neftçala Sənaye Məhəlləsidir.

- Azərbaycanın daha hansı regionlarında bu cür sənaye parkları yaratmaq olar və bunun üçün nə edilməlidir?
- Bildiyiniz kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet məsələlərdən biridir və qeyri-neft sektoru 2015- ci ildə 8.4 faiz artıb. Qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çəkisi vardır. Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sənaye məhəllələrinin sayının artırılması nəzərdə tutulur. Bu yaxınlarda cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələyə də toxundu. Azərbaycanın bir çox şəhərlərində belə məhəllələrin yaradılması potensialı mövcuddur.

- 2014-cü ilin oktyabrında Azərbaycan Prezidenti “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” sərəncam imzalasa da, hələlik yalnız Neftçala rayonunda belə bir pilot layihə həyata keçirilməkdədir. Həmin layihə nədən ibarətdir?
- Azərbaycan İnvestisiya Şirkətinin operatorluğu ilə Neftçalada hələlik ölkədə yeganə olan sənaye məhəlləsi yaradılıb. Ərazisi 10 hektar olan bu məhəllədə hazırda 2 iştirakçı qeydiyyatdan keçib. Bunlar balıq və heyvan yemi istehsalı ilə məşğul olan “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyət, həmçinin neftqazma avadanlığı istehsalı və təmiri, avtoqoşqu, inkubator və nasos istehsalı və təmiri ilə məşğul olan “Bakı neftqazma avadanlıqları zavodu” Qapalı Səhmdar Cəmiyyətidir. Neftçala Sənaye Məhəlləsində kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi məqsədilə müvafiq ərazi tam yararlı vəziyyətə gətiriləcək. Hazırda orada xarici və daxili infrastruktur yaradılmaqdadır.

- Azərbaycanın daha hansı rayonlarında belə sənaye məhəllələri yaratmaq olar?
- Qeyd etdiyim kimi, Azərbaycanın bir çox rayonlarında sənaye məhəllələri yaratmaq potensialı mövcuddur. Bir çox şəhərlərdə sənaye müəssisələri artıq mövcuddur. Məhəllələr yaradılarkən sənaye istehsalı, infrastruktur və bazar imkanları təhlil olunaraq qərar verilir.

- Prezident İ.Əliyev Nazirlər Kabinetinin iclasında bu məsələlərə diqqət çəkərək bildirib ki, yerli icra orqanları da belə işlərdə fəal olmalı, bunu təşkil etməli, yerlər ayırmalı, şərait yaratmalıdırlar. Hansısa icra hakimiyyətindən bu istiqamətdə yeni təkliflər olurmu?
- Yerli icra orqanlarının fəal olmaları bu işlərin həyata keçirilməsini daha da sürətləndirəcəkdir. Bu məhəllələrin yaradılması əslində elə həmin rayonların özlərinin də iqtisadiyyatlarının inkişafına geniş töhfə verəcəkdir. Bu həm də dövlət siyasətidir.

- Sənaye park və məhəllələrinin yaradılması işinə yerli və xarici investorların marağı hansı səviyyədədir?
- Sənaye park və məhəllələrində yaradılmış infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur. Bundan əlavə, bildiyiniz kimi son aylar cənab Prezidentin təşəbbüsü ilə qəbul edilmiş qanun və qərarlar Azərbaycan investorların gəlməsi üçün əlavə stimullar yaradıb. Hesab edirəm ki, yaradılmış bu şərait xarici və daxili investorların tam ürəyincə olacaq və nəinki ölkədə, regionda sənayenin inkişafına öz böyük töhfəsini verəcəkdir.

Rufik İSMAYILOV

Facebook Şərhləndirmə:

Şərhinizi yazın