Menu
Geri İrəli

Sumqayıt məktəblərində yeni kadrlara ehtiyac yoxdur

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2010 • Baxış sayı: 622 dəfə • 7 şərh

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov: “Hesab edirəm ki, Sumqayıt şəhərinin ümumtəhsil müəssisələrində hələ bir neçə il kadr çatışmazlığı yaşanmayacaq”

Son illərdə respublikamızın hər yerində olduğu kimi Sumqayıt şəhərində də təhsildə keyfiyyətin artırılmasına böyük önəm verilir. Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Belə ki, 2009-2010-cu dərs ilində Sumqayıt şəhərinin ümumtəhsil məktəblərini bitirən 3442 nəfər məzundan 3224 nəfəri, yəni 94 %-i ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib. Sevindirici haldır ki, bunlardan 1327 (41,2 %) nəfəri universitetə daxil olub. Bu da keçən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,3 % çoxdur.

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov qəzetimizə açıqlamasında dedi ki, bu il Sumqayıt üzrə 600 baldan yuxarı nəticə göstərən məzunların sayında da artım müşahidə olunub: “Ötən il 101 nəfər məzunumuz 600-dən çox bal toplamışdı. Bu il isə belə məzunların sayı 109 nəfər olub”. Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində göstəricilərin ilbəil yüksəlməsinin səbəbini Vidadi Bağırov müəllimlərin pedaqoji ustalığının və fədakar əməyininin nəticəsi kimi dəyərləndirdi. Təhsil Şöbəsinin müdiri məktəblərdə mütəmadi olaraq aparılan monitorinqlərin də təhsilin keyfiyyətini yüksəltdiyini dedi.

Yeni tədris ilinin yeniliklərindən danışan V. Bağırov buna ilk misal olaraq məktəblilərin vahid məktəbli formasına keçmələrini qeyd etdi: “Hesab edirəm ki, bu amil ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl də məktəblər vahid məktəbli formasına keçmişdilər. Amma həmin vaxt hər məktəbin öz forması var idi. Sonralar biz bu məsələ ilə bağlı çox təhlillər apardıq və gördük ki, bir il ərzində təxminən 2000 şagird məktəbini dəyişir. Hər məktəbin ayrıca geyim forması olduğu üçün bir məktəbli başqa məktəbə gedəndə həmin geyimdən istifadə edə bilmirdi. Biz də bunları düşünərək belə qərara gəldik ki, vahid məktəbli formasına keçilməsi daha məqsədə uyğundur”.

Sumqayıt şəhər təhsil şöbəsinin müdiri məktəblərdə bu il də monitorinqlərin keçiriləcəyini söylədi. “Bundan əlavə, müəllimlərimizin hazırlıq səviyyələrinin yüksəldilməsi üçün də ixtisasartırma kursları və treyninqlər təşkil edilməsini planlaşdırırıq. Daha önəmlisi isə bu il istəyirik ki, İKT-nin təhsildə tətbiqi ilə xüsusi məşğul olaq. Ävvəlki illərdə bu istiqamətdə müəyyən addımlar atılıb, amma bu ildən daha geniş şəkildə məşğul olacağıq. Onu da bildirim ki, şəhərimizin bütün məktəbləri kompyuter və digər İKT avadanlıqları ilə təmin olunublar. Keçən ildən isə 1-2 qəsəbə məktəbi istisna olmaqla bütün məktəblərimiz sürətli internetə qoşulub. Bu il həmçinin köhnə nümunəli kompyuterlərin yeniləri ilə əvəz olunması gözlənilir. Yeganə çətinliyimiz bəzi müəllimlərin İKT biliklərinə sürətlə yiyələnməməsidir. Düzdür, müəllimlərimiz üçün kurslar, treyninqlär təşkil olunur. Amma yenə də onlardan bəzilərinin səviyyəsi bizi qane etmir. Buna görə də bu istiqamətdä ciddi tədbirlər görürük. Bu sahədə uğurlarımız da var. Belə ki, bu il şəhərimizin 3 infomatika müəlliməsi – Bədirova Aidə ( 1 N məktəb ), Rufullayeva Rəna ( 21 N məktəb ) və Cəfərova Nailə ( 31 N məktəb ) “İlin müəllimi” adına layiq görülüblər. Çalışacağıq ki, bu istiqamtdə işlərimizi davam etdirək ki, uğurlarımız davamlı olsun”,-deyə Vidadi müəllim qeyd etdi.

Məktəblərin təmiri və müəllim çatışmazlığı ilə bağlı suallarımızı cavablandıran V. Bağırov: “Bu il demək olar ki, məktəblərimizdə əsaslı təmirə ehtiyac olmayıb. Amma yeni tədris ili ilə əlaqədar hər məktəbdə müəyyən təmir işləri aparılıb. Kadr çatışmazlığına gəlincə, məktəblərimizdə belə bir problem yoxdur. Hesab edirəm ki, Sumqayıt şəhərinin ümumtəhsil müəssisələrində hələ bir neçə il kadr çatışmazlığı yaşanmayacaq”,-dedi.

Məktəblərin dərsliklərlə təmin olunması sahəsində problem yaşanmadığını söyləyən Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Təhsil Nazirlyi tərəfindən bütün dərsliklərlə təmin edildiklərini bildirdi: “Bu il də yeni dərsliklər almışıq və məktəblərə paylamışıq. Güman edirəm ki, bu sahədə də problem yaşanmayacaq. Şagirdlərin sinifdän xaric oxu kimi istifadə edə biləcəyi mənbələrin də sayı kifayət qədərdir. Bunlara “Tumurcuq” qəzetini, “Göyərçin” jurnalını misal göstərə bilərik. Biz “Tumurcuq” qəzetini və “Göyərçin” jurnalını sinifdənxaric oxu kimi məktəblərimizə məsləhət görürük”.

Ceyhun Məmmədov

Facebook Şərhləndirmə:

“Sumqayıt məktəblərində yeni kadrlara ehtiyac yoxdur” yazısına 7 cavab

  1. Nahile deyir:

    Düzdür, müəllimlərimiz üçün kurslar, treyninqlär təşkil olunur. Amma yenə də onlardan bəzilərinin səviyyəsi bizi qane etmir.

    maraqlidi hansi treningin seviyyesi Vidadi muellimi qane etmiyib????Muellimler sadece yeni metodlari oyrenmek ve tetbiq etmek istemirler ki,maashimiz azdi,bize ne pul verirler ki,elave levazimat alaq.komputerimiz yoxdu,shagird hazirlayiriq vaxtimiz yoxdu…Nedense biz her shey goz yumuruq,amma bunlar faktdir…

  2. Nahile deyir:

    “Sumqayıt məktəblərində yeni kadrlara ehtiyac yoxdur”

    Neinki Sumqayitda hec olkede muellime ehtiyac yoxdur.Amma nedense Universitetler muellim diplomu paylayir ve ya bu problemi bile bile TQDK universitetlere muellim qebul edir…il erzinde belke de 100 nefer muellim ishe duzelmir,amma minlerce mezun muellimlik ucun diplom alir…bunun axiri hara gedir???belke bir cixish yolu olmalidi???

  3. Samirə Məmmədova deyir:

    Sumqayıt şagirdlərinin qəbul imtahanlarında yüksək nəticə göstərməsi sevindirici haldır. Biz bu nəticələri hər il görürük və alqışlayırıq. Ancaq etiraf etmək lazımdır ki, bu heç də birbaşa məktəblərlə bağlı deyil. Yüksək nəticələr göstərən abituriyentlərin hər biri dərsdən kənar repititor yanına gedir.Mən düşünürəm ki, məktəblərdə təhsilin səviyyəsini qaldırmaq lazımdır ki, buna ehtiyac qalmasın

  4. İlkin deyir:

    Sumqayıtda məktəblərində İnformasiya Texnologiyaları ilə bağlı inkişaf var və müsabiqələrin keçirilməsi də buna təkan verir. Ancaq bir çox məktəblərdə kompüter müəllimləri şagirdlərdən az bilir. Bu məncə mənfi haldır

  5. Farid deyir:

    Sumqayitda heqiqeten Azerbayjan seviyesinde boyuk ishler gorulur . Mellimler ve Shaqirdlerin monitorinqi bunun parlaq numunesidir . Duzdu gorulecek ishler hele coxdur amma bashqa rayonlara baxanda bunada shukur .

  6. Abdulova Xanim deyir:

    men ozum 2007-ci ilde bitirmishem mektebi ve indiki mekteblerin veziyetine baxanda heqiqeten inkishaf coxdu.muellimlerin komputer bilikleri daha da inkishaf edir.hemde her il bizim sheherimizden yuksek bal yigannarin sayinin cox olmasi cox sevindiricidir.buda mekteblerimizin ve muellimlerimizin emeyinini behresidir.vahid forma ise cox gozel fikirdir.bununlada raziyam

  7. Nahile deyir:

    Ilkin sizinle raziyam..Men shahidiyem ki,yalniz 1 nece mektebden bashqa qalan mekteblerde muellimlerin ekseriyyetinin komputerden xeberi yoxdu desek daha dogru olar.

Şərhinizi yazın