Menu
Geri İrəli

Sumqayıtlı gənclər yeni sayt yaratdı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2010 • Baxış sayı: 606 dəfə • Şərh yoxdur

ecoazSumqayıtlı gənclərindən ekoloji layihə-ecoaz.org

Ecoaz.org saytının yaradıcılarından olan Orxan Səlimov sumqayitxeber.com saytına hazırladıqları ekoloji sayt haqqında açıqlama verib.

Bu saytı yaratmaqda məqsədiniz nədir?

Əvvəlcədən xatırladaq ki, bu il Azərbaycanda Prezident cənab İlham Əliyevin sərəncamı ilə “Ekologiya ili” kimi qeyd edilir. Biz də Sumqayıtlı gənclər kimi bu sərəncamdan irəli gələrək “Ekologiya il”-ində ekologiyaya dair sayt açdıq. Biz bu saytda ekoloji , gündəlik , texnologiya , alimlərimiz haqqında və s. xəbərlərə dair yeniliklər əlavə etdik. Saytda həmçinin gənclərin öz lahiyələrini yerləşdirməsi üçün bir bölmə də yaratmışıq. Hər bir gənc burada ekologiyaya dair öz lahiyəsini yerləşdirə bilər. Saytın əsas məqsədi vətəndaşlarımıza ətraf mühitin qorunmasına səy göstərməyə çağırmaq, ekoloji problemlərin yaratdığı fəsadları çatdırmaqdır.İnanırıq ki, biz öz məqsədimizə qisməndə olsa nail olacağıq.

Saytın təssisçiləri kimlərdir?

ECOAZ.ORG saytının təssisçiləri Orxan Səlimov və Zaur Ağazadədir. Saytın baş redaktoru Orxan Səlimov, meneceri isə Zaur Ağazadədir. Kollektivmiz gənclərdən təşkil olunsada, ancaq işlərində məsuliyyətli olmağa çalışırlar. Kollektivimiz Elmar Quliyev, Tural Babayev, Gündüz Cahangirli kimi gənc tələbələrdən təşkil olunmuşdur. Biz ümid varıq ki , gələcəkdə kollektivimizdəki gənclərin sayı artacaqdır.

Saytınızda əsasən Sumqayıt şəhərinə aid xəbərlər yoxsa ölkə miqyaslı xəbərlər yerləşdirirsiz?

Saytda ölkə miqyaslı xəbərlər, həmçinin Sumqayıt şəhərində olan ekoloji problemlərin həllinə dair xəbərlər yerləşdirilir.

Siz məlumatları necə əldə edirsiz?

Bizim saytda olan məlumatlar 2 hissədən ibarətdir: ekoloji və gündəlik xəbərlərdən. Məlumatları əsasən yerli və xarici mənbələrdən alırıq. Saytımız yeni açıldığı üçün öz məlumatlarımız azdır.Gələcəkdə saytda öz məlumatlarımıza daha çox yer verəcəyik.

Maliyyə problemlərini necə həll edirsiz?

Hələki saytın yaşaması üçün bizə heç bir maddi dəstək olunmur. Inanırıq ki, gələcəkdə bizə maddi dəstək olunacaq. Saytı öz şəxsi büdcəmizin gəlirləri vastəsi ilə saxlayırıq. Üstəlik tələbə olmağımız bizə bir az malliyə sıxıntısı yaşadır.

Gələcək planlarınız?

Planlarımızda Azərbaycan gənclərinin ekoloji problemlərinin həllinə cəhd göstərməyə nail olmaqdır.Həmçinin ECOAZ.ORG saytının elmi bir sayt kimi tanınmasına və bir neçə elmi,
aktual problemlərin həllini işıqlandıran sayt açılmasına nail olmaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın