Menu
Geri İrəli

Sumqayıtlı idmançı: “lazımsız işlərlə məşğul olmaqdansa, idmanla məşğul olub uğur əldə etmək daha gözəldir”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2014 • Baxış sayı: 477 dəfə • Şərh yoxdur
vasif namazovNarkomaniyaya Qarşı Mübarizə Təşkilatının baş katibi Vasif Namazovun qhtxeber.az-a müsahibəsi:
 - Öncəliklə sizi tanıyaq. Vasif Namazov kimdir?
-Mən Vasif  Namazov  1981-ci ildə  Sumqayıt şəhərində anadan olmuşam. Valideynlərimin dediklərinə görə, çox dəcəl uşaq olmuşam. Sözə baxmayan, daim nadinclik edən birisi. Mən evin ortancıl övladıyam. İlk təhsilimi Sumqayıt şəhərində 15 nömrəli orta məktəbində aldıqdan sonra  Sumqayıt Dövlət Texniki kollecində mühasibat uçotu və audit fakültəsini bitirmişəm. 2000-ci ildə hərbi xitmətdə olmuş və Silahlı Qüvvələrin Ağdam rayonunda yerləşən № saylı hərbi hissəsində şəxsi heyyətə şərq döyüş sistemi üzrə baş məşqçi təyin edilmişəm. 2002-ci ildən etibarən Bakı şəhərində Aşihara Kontakt Karate Təşkiatının və Dünya Budo Federasiyasının Azərbaycan Тəmsilçiliyinində Aşihara- karate və Enşhin karate sistemi üzrə məşq etmiş və həmin ilin sonunda Sumqayıt şəhərində şərq təkbətək döyüş növləri filialının sədri təyin olunmuşam.
2009-cu il Avroasiya Sayokan Federasiyasının prezidenti İsa Alamdağ tərəfindən 4 san dərəcəsinə, daha sonra Dünya Sayokan Federasiyası tərəfindən, IV-san qara kəmər dərəcəsinə, Eyni zamanda Beynəlxalq KOMBAT döyüş Federasiyasının prezidenti DAN SEVERN tərəfindən IV-san qara kəmər dərəcəsinə laliq görülmüşəm. Ailəliyəm 2 övladım var.
- QHT sektoruna gəlişiniz hansı maraqdan doğub?
- 2004-2006 cı illərdə…  Azərbaycan Aşihara Kaikan Karate Federasiyasının üzvü və Sumqayıt şəhərində Aşihara Karate klubuna rəhbərlik etmişəm. 2004 və 2006 cı ildə Tsu Şin Gen Beynəlxalq Budo Asossasiyasının Rusiya Federasiyasının Naro-Fominsk Vilayətində təşkil еtdiyi Beynəlxalq Budo şərq təkbə-tək döyüş növləri seminarda iştirak etmiş və həmin ildən Beyənlxalq Budo Asossasiyasının Azərbaycan Respublikasında rəsmi nüməyəndəsi təyin olunmuşam. 2007-ci ildən 2010-cu ilədək Dünya Azəbaycanlıları Konqresinin İdman Departamentinin Sədri seçilmişəm.
2013 prezident seçkilərində qurulan Gələcəyə Baxış İçtimai Hərəkatının həmtəsisçisi və həmsədri olmuşdur. Hal-hazırda yeni yaratdığımız təşkilatın baş katibiyəm.
-Yəqin ki, uğurlarınızda böyük təkan olub
- Bəli, xeyli sayda ziyalı dostlar qazanmışam və onlarla birlikdə dövlətimiz, millətimiz üçün faydalı işlər görmüşük. Biz 2007-ci ildə Dünya Azərbaycanlıları Kongresinin Gənclər təşkilatını dostlarımızla çox yüksək səviyyədə formalaşdırmışdıq, ancaq əfsuslar olsun ki, müxtəlif qüvvələr tərəfindən bu birlik sistemli şəkildə dağıdıldı.
- Bildiyimiz qədəri ilə Narkomaniyaya Qarşı Mübarizə Təşkilatı yeni təsis edilib. Bu təşkilatın missiyası nədir?
- Bir neçə ildir ki, bu təşkilatın üzərində çalışırıq. Təşkilatın  yaradılmasında  məqsəd narkomaniyaya qarşı  cəmiyyətdə aparılan  mübarizəyə qoşulmaqdır.  Bizim işimiz gənclərlədir. “Narkomaniyaya yox” devizi altında respublika yarışları keçirdirik. Gənclərin asudə vaxtlarının səmərəli keçirməsinə şərait yaradırıq. Onları bu zərərli vərdişlərdən uzaq durma yolları öyrədirik. Bunula yanaşı uşaq cinayətkarlığına qarşı proflaftik işlər görürük.
- Sizcə gənclərdə idmanı sevdirmək üçün ən vacib addım hansıdır?
- Ulu öndərin təşəbbüsü əsasında qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanunlar Azərbaycan idmanının inkişafına ciddi təkan verdi. Bu qanunların yaratdığı imkanlar idmançıların yaşayış səviyyəsinin, təlim-məşq şəraitinin ildən-ilə yaxşılaşdırılmasına da real zəmin yaratdı. Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir. Cənab İlham Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 20-yə yaxın müasir tipli olimpiya kompleksi inşa olunub. Bütün bunlar da gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Ölkə Prezidentinin böyük diqqət və qayğısı idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır.
Öncəliklə gənclər bunu bilməlidir ki, idman immuniteti möhkəmləndirir, idmanla məşğul olan zaman beyində sakitlik yaradan kimyəvi maddələr ifraz olunur, əhval-ruhiyyəni qaldırır. Boş vaxtlarını kompüter qarşısında keçirib dəyərsiz və lazımsız işlərlə məşğul olmaqdansa, idmanla məşğul olub uğur əldə etmək daha gözəldir. Doğrudur artıq yeniyetmə və gənclərin çoxu  idmanla məşğul olmağa üstünlük verir. Bu sevindirici haldır.
Yeganə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın