Menu
Geri İrəli

Sumqayıtlı qapıçı Rəşad Sadıqovla razılaşmadı – (MÜSAHİBƏ)

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2013 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur

Sumqayıt futbol məktəbinin yetirməsi olan və  hazırda “Qarabağ” klubunun şərəfini qoruyan  Fərhad Vəliyev Topaz Premyer Liqasının XXV turu çərçivəsində “Neftçi” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

- Qarşılaşma barədə fikirlərinizi bilmək istərdik…
- Matçın əhəmiyyətindən danışmaq artıq olardı. Rəqib qış fasiləsindən sonra keçirdiyi oyunlarda uduzmamışdı. Aramızda 6 xallıq fərq var idi. Qələbə sayəsində bu fərqi üçə endirdik.

- “Neftçi”ni nəyin hesabınıza məğlub etdiniz?
- Komanda şəklində yaxşı oynadıq.

- “Qarabağ” cari mövsümdə “Neftçi” ilə keçirdiyi bütün görüşlərdə qələbə qazanıb. Meydana çıxan zaman bu amilin rəqib üzərində hansısa təzyiq yaratdığı müşahidə edilirdimi?
- “Neftçi” ilə oyunlarımız hər zaman gərgin, eyni zamanda maraqlı keçib. Qələbə qazandığımız qarşılaşmaların hamısında bu komandaya qarşı yaxşı mübarizə aparmışıq, layiq olduğumuz qələbəni də qazanmışıq.

- Rəşad Sadıqov saytımıza müsahibəsində demişdi ki, “Qarabağ”ın məqsədi bürünc medal qazanmaqdır. Çempionluq mübarizəsindən geri çəkilmisiniz?
- Bu oyun bizim üçün çox vacib idi. Çünki qələbə sayəsində “Neftçi” ilə xal fərqini bir qədər də azaldacaqdıq. Buna da nail olduq. Sonadək mübarizəmizi davam etdirəcəyik.

- Bəs Sadıqovun fikrini necə izah edərdiniz?
- Ola bilsin həmin jurnalist Rəşadın fikrini düzgün başa düşməyib. Mövsümün əvvəlindən qarşımıza konkret məqsəd qoyulub. Çempion olmaq üçün oynayırıq. Qış fasiləsi zamanı də məqsəd dəyişməz olaraq qaldı. “Qarabağ” qızıl medala oynayır.

- Rəqibin baş məşqçisi Böyükağa Hacıyev “Neftçi”nin rəqibi ancaq “Neftçi”nin özüdür” deyir. Bunu digər iddialı klublara qarşı saymazyana münasibət kimi dəyərləndirmək olarmı?
- Böyükağa müəllim bu sözləri komandasına güvənib deyir. Biz də özümüzə inanırıq. Fikrimcə, ilk “altılıq”da yer alan komandaların hər biri “Qarabağ” üçün rəqibdir. Hər biri bizimlə başabaş mübarizə aparacaq gücdədirlər.

- Bir ara adınız matçın protokoluna salınmırdı. Hətta baş məşqçi ilə aranızda problemin olduğu deyilirdi…
- Bir-iki tur ehtiyatda qaldım. “Simurq”la oyuna isə icazə aldığım üçün matça getmədm. Çünki həmin gün övladım cərrahiyyə əməliyyatı olunurdu.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın