Menu
Geri İrəli

Tahir Mirkişili: “Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur”

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Fevral 2017 • Baxış sayı: 700 dəfə • Şərh yoxdur

Tahir Mirkişili: “Bir tərəfdən dağıdıcı, sivilizasiyanı xarabalıqlara çevirən işğalçı Ermənistan mədəniyyəti, digər tərəfdən qurucu, sivilizasiya yaradan Azərbaycan mədəniyyəti”

tahir mirkisli“Ölkə Prezidenti bu fərmanı ilə Azərbaycanın heç bir kəndini işğal atında qoymayacağı və hər bir evi bərpa edəcəyi niyyətini və bu gücdə olduğunu bütün dünyaya nümayiş etdirdi”

2015-ci ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan iqtisadiyyatı əvvəlcədən müəyyən edilmiş düzgün yol əsasında öz inkişaf tempini davam etdirdi. Bunu şərtləndirən başlıca amil isə zamanında ölkənin postneft dövrünə hazırlanması idi. Bu mənada 2004-cü ildən etibarən mərhələli olaraq həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları müstəsna rol oynayır. Ötən illər ərzində sözügedən proqramların icrası və əldə edilən nailiyyətlər bunu bir daha sübut edib. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən 2014-2018-ci illər üzrə Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü ilinin yekunlarına dair iclasında da bu fakt bir daha öz təsdiqini tapdı.

Azərbaycan Prezidenti konfransda çıxışı zamanı Dövlət Proqramlarının icrasını müsbət qiymətləndirərək diqqəti bundan sonra görüləcək işlər, qarşıdakı hədəflərə də yönəltdi. Dövlət başçısının hər zaman qeyd etdiyi kimi qarşıdakı ən mühüm vəzifə isə işğal altında olan ərazilərimizin azad edilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasıdır. Bu mənada Azərbaycan Prezidentinin bu günlərdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa edilməsi barədə sərəncamı mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident konfransda çıxışı zamanı məhz bu məsələyə də toxunaraq bildirib ki, Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır və bu, tarixi hadisədir. Dövlət başçısı deyib ki, Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən qurulacaq: “Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Özlərini mədəni xalq kimi təqdim etməyə çalışanların hansı vəhşiliklər törətdiyi əyani şəkildə görünür. Cocuq Mərcanlıda infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır”.

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən sözügedən konfrans barədə fikirlərini bölüşən millət vəkili Tahir Mirkişili “OLAYLAR“-a verdiyi açıqlamada deyib ki, dövlət başçısının Regionların 2014-2018-ci illər üzrə sosial qitisadi inkişafı Dövlət Proqramının üçüncü ilinin yekunlarına dair konfransdakı çıxışı geniş və əhatəli, məzmunlu idi. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti öz çıxışı ilə hər birimiz qarşısında konkret vəzifələr qoyub: “Məıumdur ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının əsası cənab Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə qoyulub. 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev cəmi bir il sonra həm miqyasına, həm də məzmununa görə kifayət qədər böyük və zəngin olan bu proqram qəbul edərək Azərbaycanın tarazlı inkişafının əsasınə qoymuşdur. Hər bir ölkənin inkişafı bu inkişafın həm də inkluzivliyi ilə ölçülür. Azərbaycanın zəngin neft yataqlarından ixrac etdiyi neft satışından əldə edilən gəlirlərinin regionların inkişafına yönəldilməsi strateji bir yanaşma olmaqla yanaşı, həm də insanların gündəlik qarşılaşdıqları problemlərin də birdəfəlik həll edilməsi oldu. Əgər 2004 cü ildə Azərbaycan elektrik enerjisini, qazı xaricdən idxal edirdisə, yaşayış məskənlərinin yalnız 51 faizi qazlaşdırılmışdırsa, hazırda öıkə elektrik enerjisini və qazı ixrac edir. Əhalini 92 faizi qazla təmin olunmuşdur. Keçən 13 il ərzində regionlardan 100 minlərlə iş yerləri açılıb, minlərlə kilometr avtomobil yolları salınıb, minlərlə məktəb binarları, xəstəxanalar tikilib və ümumilikdə insanların həyat şəraiti xeyli asanlaşıb. Təksə son 1 il ərzində ölkə Prezidenti regionlar ilə bagli 67 fərman imzalayıb və reginların inkişafı ilə bağlı əlavə 261 milyon manat ayırıb. Müasir turizm imkanları yaradılıb. Müxtəlif sənaye zonaları, sənaye məhəllələri həm yeni iş yerlərini açılmasına, həm də regionlara xarici investisiyaların cəlb edilməsinə səbəb olub”. Tahir Mirkişilıi deyib ki, ötən 13 il ərzində sahibkarlara dövlət tərəfindən 2 milyard manat güzəştli kreditlər verilib ki, nəticədə Ümumi Daxili Məhsulda özəl sektorun payı 82 faizə yüksəlib: “Əhalinin gəlirləri bir neçə dəfə artmışdır. Görülən işlər nəticəsində tək 2016-cı ildə bütün iqtisadi çətinliklərə baxmayaraq qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı məhsul istehsalı ilsə 2.6 faiz artıb. Proqamın həyata keçirildiyi dövr ərzində 200 mindən çox məcburi köçkün ailələri dövlət tərəfindən inşa edilmiş mənzillərlə təmin olunub. Bu məqsədlə 100-dən artıq yaşayış məskəni salınıb. Regionlarda əhaliyə müasir və innovativ xidmət göstərmək məqsədilə ASAN xidmət mərkəzləri inşa edilmiş, səyyar ASAN Xidmət avtobusları fəaliyyətə başlamışdır”. Millət vəkili bildirib ki, ölkə Prezidentinin tapşırığı ilə görülən işlər davam etdirilir və qarşıya qoyulan məqsədlərə çatılır: “Növbəti illərdə də sosial infrastruktur layihələrin icra olunması, 100-dən artıq modul tipli məktəblərin tikintisi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, qazlaşma səviyyəsinin artırılması, yeni ASAN xidmət mərkəzlərini yaradılması, sahibkarlara daha çox dəstəyin göstərilməsi, yeni iş yerlərini yaradılması yönümündə işlərin

daha da intensivləşdirilməsi planlaşdırılır. Ümumiyyətlə, 2017-ci ildə Azərbaycanda iqtisadi artımın müsbət göstəriciyə nail olacağı planlaşdılır. Növbəti 4 ildə isə bu artımın hər il artması gözlənilir. Hesab edirəm ki, ölkədə aparılan dərin iqtisadi islahatlar və strateji hədəflərin müəyyən edilməsi bu artımı təmin edəcəkdir. Yeni iqtisadi artım mənbələrinin yaradılması və özəl birbaşa investisiyaların cəlb edilməsi iqtisadi inkişafı dayanıqlı və inkluziv edəcəkdir. Növbəti illərdə ixracın artması, maliyyə bazarlarında sabitləşməyə nail olunması, daxili istehsalın artması gözlənilir”. Tahir Mirkişili dövlət başçısının Cəbrayıl rayonunun işöaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin təmir edilməsi ilə bağlı verdiyi sərəncam, eləcə də sözügedən konfransda bu məsələyə toxunmasına da diqqət çəkərək qeyd edib ki, Cocuq Mərcanlı Ermənistan işğalçıları tərəfində vəhşicəsinə dağıdılmış bir Azərbaycan kəndidir: “Ölkə Prezidentinin sərəncamı tarixi əhəmiyyət daşıyır. Bu böyük qayıdışın başlangıcıdır. Eyni zamanda ölkə Prezidenti bu fərmanı ilə Azərbaycanın heç bir kəndini işğal atında qoymayacağı və hər bir evi bərpa edəcəyi niyyətini və bu gücdə olduğunu bütün dünyaya nümayiş etdirdi. Cocuq Mərcanlı kəndində iki mədəniyyətin toqquşması baş verməkdədir. Bir tərəfdən dağıdıcı, sivilizasiyanı xarabalıqlara çevirən işğalçı Ermənistan mədəniyyəti, digər tərəfdən qurucu, sivilizasiya yaradan Azərbaycan mədəniyyəti. Hər zaman xeyir şərə qalib gəlir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın