Menu
Geri İrəli

“Uşaqlarımızla xoşbəxt evimiz olsun…” – Doğuş

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2015 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

60252_qohw73pupt

Türkiyəli müğənni Doğuşla aparıcı Xoşqədəm Hidayətqızının toyunun ildönümüdür.

İfaçı ildönümü ilə bağlı sosial şəbəkədə xanımına olan ürək sözlərini yazıb.

“Mənim günəşim! Telefondan şəklinə baxanda belə, istiliyini, hüzurunu hiss edirəm. Yaxşı ki, həyatımdasan, yaxşı ki, həyat yoldaşım, nəfəsim oldun. Səni sevirəm. Səni sonsuzadək sevəcəyəm. Səninlə qocalıb, səninlə öləcəyəm. Mənim ən gözəl həyatımsan, həyat yoldaşımsan. Uşaqlarımızla xoşbəxt evimiz olsun. Bu ilk ildönümü ayrılığı məni kədərləndirdi. Bir də heç vaxt özəl günlərdə ayrı olmayaq, gözəl xanımım. Səni çox sevirəm, həmişə də çox sevəcəyəm. İlk ilimiz mübarək olsun, əzizim”.

Xatırladaq ki, Doğuşla Xoşqədəm Hidayətqızının ilk toy fotoları ötən ilin bu günündə sosial şəbəkədə yayılmış, cütlük daha sonra münasibətdə olduqlarını etiraf edərək özlərinə nikah mərasimi keçirmişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın