İcra başçımız prezidentin müşavirəsində mürgüləməsindən danışdı / FOTO

1552

“Həmin müşavirədə projektorun işığı gözümü deşirdi”.

Bunu big.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

 Bayram Səfərov qeyd edib ki, projektorun işığı gözümə düşdüyü üçün məcbur gözümü çox vaxtı yumulu saxlayırdım: “Təkcə mən yox, yanımda olanlar da gözlərini yumurdu. Projektorun işığı çox güclüdür. Orada nə var? Başqa problemlər həll olunub, bircə Bayramın müşavirədə yatması qalıb? Tutaq ki, yatmışam. İnsan xəstə də ola bilər, bunu şişirtmək nəyə lazımdır? Ayıbdır bu cür xəbərləri yaymaq. Bu informasiya ermənini güldürür”.

Bayram Səfərov icra başçı vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı yayılan informasiyalara da toxunub. O, bildirib ki, vəzifədə olsa da, olmasa da ölkə başçısının sadiq xidmətçisi olacaq: “Məni vəzifəyə ölkə başçısı təyin edib, o da istədiyi vaxt kənarlaşdıracaq. Mən vəzifədə olsam da, olmasam da ölkə başçısının sadiq əsgəriyəm. Yayılan xəbərlər mahiyyətsizdir, ölkə başçısı kimisə vəzifədən kənarlaşdıran zaman heç kimdən məsləhət almır”.

Qeyd edək ki, yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Unikal.org saytının yaydığı məlumata görə, Prezident İlham Əliyevin müşavirədə çıxışı zamanı Bayram Səfərovu yuxu tutub və o, mürgüləməyə başlayıb.

İcra başçımız prezidentin müşavirəsində yatmasından danışdı / FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər