İcra başçısı müşavirə keçirdi – baş həkimlərə ciddi xəbərdarlıq etdi

618

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirib.

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhər icra hakimiyyətində keçirilən müşavirədə çıxış edən Zakir Fərəcov şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib.

Qeyd olunub ki, Sumqayıt bu gün öz dinamik inkişaf mərhələsini yaşayır. Şəhər ərazisində görülən irimiqyaslı abadlıq və inşaat işləri, həyata keçirilən layihələr bunu deməyə əsas verir. Son bir neçə ay ərzində şəhərin sosial, infrastruktur, idarəetmə sahələrində mövcud problemlər aradan qaldırılaraq cidi addımlar atılmaqdadır.

Göstərilən məqsədyönlü fəaliyyətin insan amilinə, onun rifah halının daha da yaxşlaşmasına xidmət etdiyini vurğulayan  icra başçısı qeyd edib ki, usaqlar  bizim gələcəyimizdir. Onların sağlam mühitdə böyüməsi və layiqli vətəndaş kimi formalaşması üçün əlimizdən gələni etməliyik. Uşaqlara olan qayğı gələcəyimizə olan münasibətdir.

Şəhər rəhbəri təəssüf hissi ilə bildirib ki, şəhər səhiyyə sistemində cidi nöqsanlar mövcuddur.  Bəzi cavabdeh şəxslər, baş həkimlər vəzifələrinin öhdəsindən layiqincə gələ bilmir, işlərinə qarşı laqeyid yanaşırlar. Xüsusilə də Uşaq Xəstəxanasındakı mövcud problemlərlə əlaqədar olaraq  cavabdeh şəxslərə ciddi iradlarını bildirib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işinin öhdəsindən gələ bilməyənlərin vəzifədən kənarlaşdırılacağını, ciddi tədbirlər görüləcəyini qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər