İcra başçısı şəhərin simvolu məsələsinə bir daha qayıtdı

816

Bir müddət öncə Sumqayıtın girişindəki simvolun söküləcəyi barədə məlumatlar yayıldı. Elektorn medianın yaydığı məlumatlarda deyilirdi ki, Sumqayıt şəhərinin girişində ucalan simvol İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizovun xoşuna gəlməyib. Məlumatda E.Əzizovun bunu ilk geniş toplantısında söylədiyi bildirilirdi. Ancaq apardığımız dəqiqləşdirmələr üzə çıxarmışdı ki, E.Əzizov simvol barədə heç nə deməyib, başçı şəhərin gerbindən bəhs edib, yeni gerbin hazırlanmasının zəruriliyini vurğulayıb. İcra aparatının rəhbəri bu zərurəti onunla əlaqələndirib ki, şəhərin əvvəlki gerbi anlaşılmazdır.

Maraqlıdır ki, belə bir anlaşılmazlıq sumqayıtlı millət vəkillərindən birində də var idi. 41-ci dairədən deputat seçilmiş Leyla Abdullayeva icra başcısı Eldar Əzizovun şəhərin girişində yerləşən abidənin dəyişdirilməsi ilə bağlı fikirlərini dəstəklədiyini bildirmişdi. Modern.az-a danışan millət vəkili demişdi ki, Sumqayıt şəhərinin belə bir dəyişikliyə ehtiyacı var.

“Tez-tez xarici səfərlərdə oluruq. Dünyada hər bir böyük şəhəri emblemi, simvolu ilə tanıyırlar. Təbii ki, Sumqayıtın da buna ehtiyacı var. Sumqayıt Azərbaycanın böyük şəhərlərindən biridir, burda inkişaf hiss olunur”.

Millət vəkilinin sözlərinə görə, Sumqayıtın yeni simvolu şəhərin inkişafına uyğun olmalıdır. Eyni zamanda, L.Abdullayeva bildirmişdi ki, şəhərin yeni simvolu müsabiqə yolu ilə müəyyən olunacaq. Və bu məsələdə Sumqayıt sakinlərinin fikri də nəzərə alınacaq. “Hesab edirəm ki, bu simvol Sumqayıta uyğun olacaq və şəhəri tam şəkildə göstərə biləcək”.

Yeniliyin tərəfdarı olan xanım millət vəkili şəhərin girişində olan abidənin hansı anlam daşıdığına da aydınlıq gətirmişdi. “Sumqayıt dənizin kənarında yerləşən bir şəhərdir,  bu şəhərin girişində olan simvol dəniz dalğası ilə qağayını göstərir, təbii ki, bu da Sumqayıtın dənizkənarı bir şəhər olduğunun göstəricisidir”.

Ancaq qeyd etdiyimiz kimi, icra başçısı heç də simvol barədə danışmayıb və millət vəkili görünür jurnalistin yönləndirməsinin ardınca gedərək bu suala bu cür münasibət bildirib.

Bu arada icra başçısı E.Əzizov məsələyə yenidən qayıdıb. Ötən həftə sonu sumqayıtlı sahibkarlarla keçirdiyi görüşdə icra başçısı simvol barədə heç bir açıqlama vermədiyini bildirib və bir daha təkrar edib ki, söhbət gerbin yenilənməsindən gedib. “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • lale
    May 5, 2011 - 11:50

    o cixisha men de qulaq asmisham amma orda icra bashcisi bele qeyd edib ki, seherin girisindeki (elini de o simvol kimi buraraq) simvol basha dushulmur. daha sonra hansi istiqametde bunu deyishdirir artiq bilinmir… amma o sherin girisindeki gerb ve ya simvoldan behs edirdi.

  • harpy313
    May 6, 2011 - 10:38

    Mən Sumqayıtın yeni rəmzi kimi Sumqayıt camaatının tezdən necə hamı Bakıya iş dalınca getdiyi şəkili təklif edirəm.Leyla Abdulayevaya qalsa Əbülfəz Babayevin şəklini təklif edər…

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər