Menu
Geri İrəli

​Futbol üzrə Avropa çempionatı başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2016 • Baxış sayı: 364 dəfə • Şərh yoxdur

avropa cempionatiFransada futbol üzrə Avropa çempionatı başlayır.

“Report”un məlumatına görə, çempionatda ilk dəfə 24 yığma komanda 6 qrupda mübarizə aparacaq.

Turnirin Açılış Mərasimi ilk oyundan yarım saat əvvəl başlayacaq. Fransalı DJ Devid Qetta səhnəyə çıxaraq AVRO-2016-nın rəsmi himnini səsləndirəcək. Tədbirlə əlaqədar 63 ölkədən 800-ə yaxın könüllü seçilib.

Avropa çempionatının açılış oyunu Fransa və Rumıniya komandaları arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir ay davam edəcək turnirin oyunları Fransanın 10 müxtəlif şəhərinin stadionunda keçiriləcək. Oyunları İngiltərə, Almaniya, Türkiyə, Şotlandiya, İsveç, Rumıniya, Rusiya, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Serbiya, Norveç, İtaliya, Sloveniya və Fransadan olan hakimlər idarə edəcəklər. A, B, C, D, E və F qruplarında mübarizə aparacaq komandalardan ilk iki yeri tutanlar 1/8 finala vəsiqə qazanacaqlar. Üstəlik, qrup mərhələsində ən yaxşı üçüncü yerin sahibi olan 4 komanda da növbəti mərhələyə yüksələcək. Qrup mərhələsinin oyunları iyunun 22-də başa çatacaq. Avropanın ən güclü yığma komandasını müəyyən edəcək qarşılaşma iyulun 10-da olacaq.

Artıq turnirin kuboku Fransadakı iki aylıq turnedən sonra Parisə gətirilib.

Avropa çempionatı, ilk tur

A qrupu

23:00. Fransa – Rumıniya

Baş hakim: Viktor Kaşşaiyə

Hakimlər: Dyord Rinq, Ventsel Tot yan xətt, Tamaş Boqnar, Adam Farkaş (Macarıstan)

Ehtiyat hakimlər: Byorn Kuypers, Sander van Rukeldir (Hollandiya)

Sen-Deni. “Stad de France”

Qeyd edək ki, Avropa çempionatının final oyunu iyulun 10-da keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın