Menu
Geri İrəli

​”Sumqayıt” klubu 3 futbolçu ilə yollarını ayırıb

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2016 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur
Share Button

a50aa12e-1f8d-4d68-a490-f61ee99889d4_292“Sumqayıt” klubu 3 futbolçu ilə yollarını ayırıb. Bu barədə “Report”a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

Onun sözlərinə görə, komandanın baş məşqçisi Samir Abasov Tofik Mikayılov, Emin Mehtiyev və Uğur Pamukun xidmətindən imtina edib: “Hər üç futbolçu klubdan uzaqlaşdırılıb. Baş məşqçinin qərarına əsasən, bu cür addım atılıb. Səbəb isə futbolçuların meydançada baş məşqçinin tapşırıqlarını yerinə yetirməməsi, bir sözlə, oyun nizam-intizamına riayət etməmələridir”.

C.Sultanov futbolçularla müqavilənin olduğunu, lakin bu məsələnin də həllinin tapılacağını bildirib: “Hər bir futbolçunun müqaviləsində şərtlər qeyd olunur. Rəhbərlik tərəfindən iş görülür və buna uyğun addım atılacaq”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” 28 turdan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın