Menu
Geri İrəli

Sumqayıtlı tələbə ABŞ-da keçirilən turnirin qalibi oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Fevral 2014 • Baxış sayı: 600 dəfə • Şərh yoxdur

Sumqayıtlı tələbə Anar Ömərov ABŞ-da Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur

05Hyuston şəhərində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində həvəskarlar arasında görkəmli qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sürətli şahmat turniri keçirilib.

Turnirdə müxtəlif yaşlarda olan amerikalı həvəskarlar iştirak ediblər.

İştirakçıların əksəriyyətini Azərbaycan diasporunun nümayəndələri, həmçinin digər ölkələrdə olan şahmat həvəskarları təşkil ediblər. Açılış zamanı qrossmeyster Vüqar Həşimovun həyat və fəaliyyətinə həsr olunmuş videofilm nümayiş etdirilib. İştirakçılar mərhum şahmatçını bir dəqiqəlik sükutla yad ediblər.

Turnirin qalibi Texas ştatının universitet tələbəsi, sumqayıtlı Anar Ömərov olub. Qalib ilə eyni xal toplayan, lakin əlavə göstəricilərə görə geri qalan daha üç şahmatçı pul mükafatı qazanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın