Menu
Geri İrəli

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2014 • Baxış sayı: 310 dəfə • Şərh yoxdur

48346“Formula-1″ maşınları yarışlarının çempionatının rəhbərliyi Berni Ekklstoun Qran-pri yarışlarının Azərbaycanda keçirilməsi haqqında saziş imzalayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Britaniya mətbuatı yayıb. Bu 2015 və ya 2016-ci illərdə baş tutacaq.

“Biz Azərbaycana gedirik. Orada 2015-ci ildə avtoyarışın keçirilməsi haqqında danışıqlar olacaq. Ola bilər ki, hələ çox tezdir, amma ehtimal var. Ehtimal ki, bu mərhələ 2016-cı iləd olsun”.

Qeyd edək ki, bu gün “Formula 1″ çempionatı 19 mərhələdən ibarətdir. Lakin yaxın illərdə bu mərhələlərin sayını 22-yə çıxarmaq planlaşdırılır.

Qran pri yarışlarının keçirilməsi üçün Azərbaycanla birgə Tailand, CAR, Yunanıstan, Argentina və Meksikanın da adı çəkilir.

Bu il isə ilk dəfə olaraq “Formula-1″ mərhələsi Rusiyada olacaq. Mərhələ oktyabrda Soçidə olacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın