Menu
Geri İrəli

Külək Sumqayıt stadionunu bu günə saldı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2015 • Baxış sayı: 596 dəfə • Şərh yoxdur

Bir neçə gündür ölkə ərazisində soyuq hava şəraiti hökm sürür. Bununla bərabər güclü külək də müşayət olunur.

Rekord.az xəbər verir ki, məhz güclü külək dəniz sahilində yerləşən Sumqayıtdakı “Kapital Bank Arena”ya ciddi zərər vurub.

Belə ki, məhz dənizdən əsən güclü şimal küləyi arenada yerləşən və “Kapital Bank”ın böyük reklam löhvəsi cırılaraq yararsız hala düşüb. Bundan əvvəl də bir dəfə belə hal yaşanmışdı, amma sonluq bu cür acınacaqlı olmamışdı. Əldə etdiyimiz məlumata görə, “Sumqayıt” rəhbərliyi vəziyyətdən çıxış yolunu həmin ərazini daşla hörməkdə görüb. Belə ki, qapı arxasındakı “setka” söküləcək və yerində daş hasar tikiləcək. Yeni reklam löhvəsi də məhz həmin daş hasarın üzərindən vurulacaq. Klub rəhbərliyi ümid edir ki, bundan sonra külək löhvəni cıra bilməyəcək.

 

- See more at: http://rekord.az/news/p:33773#sthash.m9zHywXH.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın