Menu
Geri İrəli

“Adlı-sanlı rəqiblərdən çəkinmirik” – Aleksey Qay

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2015 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

12166732_1005662796147168_741568861_n

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay və Vitali Vernidub UEFA-nın rəsmi saytına açıqlama verib.

Ukraynalı futbolçular qurumun rəsmi saytına açıqlamalarında Avropa Liqasında düşdükləri qrupdan danışıblar.

Qay bildirib ki, qrup mərhələsi nə qədər güclü olsa da, onlar hər oyunda məğlub olmayacaqlar:

“Qrupumuz çox güclüdür. Əsas da burda “Borussiya” kimi komanda var. Amma bu o demək deyil ki, biz hər oyun uduzmalıyıq. Yaxşı nəticələr üçün oynayacağıq. Adlı-sanlı rəqiblərdən çəkinmirik”.

Vernidub isə Qəbələ şəhərindən və burdakı futbol şəraitindən danışıb: “Qəbələ böyük şəhər deyil. Amma futbol oynamaq üçün burada əla şərait yaradılıb. Ona görə də əlimizdən gələni edib Avropa Liqasında uğurlu çıxış etməyə çalışacağıq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın