Menu
Geri İrəli

AFFA “Neftçi”nin futbolçusunu bağışlamadı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur

affa

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İclasda “Bakılı”, “İnter” və “Neftçi”nin müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

“1. AFFA-nın İntizam Komitəsinin “Bakılı” FK barədə çıxardığı qərar (“Göyəzən” – “Neftçi” oyunu ilə bağlı texniki məğlubiyyət) qüvvədə saxlanılsın. Bu oyunun hakimlər briqadası və hakim-inspektoru barəsində hər iki komitə lazımi ölçü götürüb, Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.

2. “İnter” PİK-in futbolçusu Zurab Xizanişvili (4 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın. “İnter” PİK-in futbolçusu Giorgi Lomaya barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Giorgi Lomaya analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

3. “Neftçi” PFK-nın futbolçusu Fəhmin Muradbəyli (2 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın