Menu
Geri İrəli

“Anamı ağladanları bağışlamayacağam…”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2016 • Baxış sayı: 842 dəfə • Şərh yoxdur

Group D Spain vs TurkeyFutbolda qazanmaq da, məğlub olmaq da var. Amma insanların ailələri daha önəmlidir.

ANS-in məlumatına görə, bunu ötən gün Çexiya ilə qarşılaşmada qələbə qazanan Türkiyə millisinin kapitanı Arda Turan oyundan sonra deyib.

Turan xoşbəxt olduqlarını, amma heç kimdən incimədiklərini də deyib. “İnşallah son 16-ya qalarıq”.

O, futbola görə kefinin heç pozulmadığını da qeyd edib. “Bu ölkədə 90 matç oynamışam. 5 pis oyunumu göstərənə bütün sərvətimi verə bilərəm. İnsanları anlamaq bəzən çox çətindir. Mənim üçün problem yoxdur, amma anam ağlamasaydı, daha yaxşı olardı. Bunu bağışlamayacağam”.

Türk futbolçu komandasının gücündən də danışıb. O, Türkiyə millisinin dünyanın bütün komandalarını məğlub etmək gücündə olduğunu deyib. A.Turan pis oyundan sonra tənqidləri qəbul etməyə hazır olduqlarını desə də, pulgir olmaları iddialarının qəbuledilməz olduğunu vurğulayıb.

“İnsanlar idmanla məşğul olur. Ailələrinə söz deməyə heç kimin haqqı yoxdur. Ölkəmiz, formamız, qürurumuz üçün mübarizə aparırıq. Bizə yaraşanı etdik. Anamı kifayət qədər çox ağlatdılar. Bunun hesabını hər kəs tək-tək verəcək”.

Qeyd edək ki, Türkiyə milli komandası Çexiya yığmasını 2:0 hesabı ilə məğlub edib. Burak Yılmaz 10-cu dəqiqədə hesabı açaraq Türkiyənin şansını bir qədər artırıb. Ozan Tufan 65-ci dəqiqədə top fərqini ikiyə çatdırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın