Menu
Geri İrəli

Arda “Qalatasaray”a keçməkdən imtina etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 87 dəfə • Şərh yoxdur

arda“Barselona”nın yarımmüdafiəçisi Arda Turan “Qalatasaray”a keçməkdən imtina edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə İspaniyanın “AS” nəşri xəbər yayıb.

Türkiyəli futbolçunun transfer pəncərəsinin bağlanmasına saatlar qalmış sabiq klubuna keçməkdən imtina etdiyi bildirilir.

Bu gün “Qalatasaray”ın Ardanı bir illik icarəyə götürəcəyi haqda xəbər yayılmışdı.

Qeyd edək ki, A.Turan 2015-ci ildən “Barselona”da oynayır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın