Menu
Geri İrəli

“Avro-2016”: Türkiyə “ölüm-qalım” oyununa çıxır

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2016 • Baxış sayı: 684 dəfə • Şərh yoxdur

photo_707011466144008Fransada keçirilən futbol üzrə Avropa Çempionatının final mərhələsində bu gün daha üç oyun baş tutacaq. Modern.az saytı verir ki, oyunlar E və D qruplarında keçiriləcək

Azərbaycanlı azarkeşlərin diqqəti sözsüz ki, D qrupuna yönələcək. Burada ilk görüş Çexiya və Xorvatiya yığmaları arasında keçiriləcək.

İlk görüşündə Türkiyə ilə matçdan qalib ayrılan xorvatlar çexləri də məğlub edərək 1/8 finala adını yazdırmağa çalışacaq.

Qrupun digər oyununda Türkiyə millisi son Avropa çempionu İspaniya ilə qarşılaşacaq. Turnirə uğursuz başlayan Türkiyə millisi bu görüşdə qələbə qazanmağa çalışacaq. Bu oyun “ay ulduzlu” komanda üçün turnirdəki “ölüm-qalım” məsələsidirş

17 iyun

E qrupu

17:00. İtaliya – İsveç

D qrupu
20:00. Çexiya – Xorvatiya

23:00. İspaniya – Türkiyə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın