Menu
Geri İrəli

Avropa Oyunlarında bayrağımızı daşıyacaq idmançı müəyyənləşdi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2015 • Baxış sayı: 456 dəfə • Şərh yoxdur

er_img_6521İyunun 12-də keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını kimin daşıyacağı müəyyənləşib.

sumqayitxeber.com buro 24/7-yə istinadən xəbər verir ki, bu qərar rəsmi olaraq gün ərzində ictimaiyyətə açıqlanacaq.

Saytın əldə etdiyi məlumata görə, açılış mərasimində Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatının qalibidir. İdmançı Mərakəşdə keçirilən “Usta idmançılar arasında” yarışı, Samsunda keçirilən Qrand-pri yarışları və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən Qrand Şlem yarışında gümüş medala sahib olub. 2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil olunmuş Qrand Şlem yarışında Qasımov qızıl medal qazanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın