Menu
Geri İrəli

AZAL “Sumqayıt”ı məğlub etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2015 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

2970240509676d7401ebNoyabrın 28-də Topaz Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sonuncu pilləyə düşmək təhlükəsindən uzaqlaşmaq istəyən AZAL komandası “Sumqayıt”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda ev sahibi komandanın aşkar üstünlüyü hiss edilib. AZAL “Sumqayıt”a iki cavabsız qolla qalib gəlib – 2:0.

Oyunun 20-ci dəqiqəsində Murad Səttarlı komandasını hesabda irəli çıxarıb. AZAL-ın ikinci qolunun müəllifi Ruslan Nəsirli isə qarşılaşmanın 84-cü dəqiqəsində adını tabloya yazdırıb.

Beləliklə, paytaxt təmsilçisi dörd oyunluq qələbə həsrətinə son qoyaraq xallarının sayını 12-ə yüksəldib. Turnir cədvəlində 9-cu sırada olan AZAL-ın mövqeyi dəyişməyib. “Sumqayıt” isə eyni xalla 7-ci yerdə qərarlaşıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın