Menu
Geri İrəli

Azərbaycan ilk medalını qazandı – Video+Yenilənib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2016 • Baxış sayı: 628 dəfə • Şərh yoxdur

rustemRio-2016 yay Olimpiya oyunlarında bu günü daha bir cüdoçumuz tatami üzərinə çıxıb.

Qafqazinfo” xəbər verir ki, 73 kq çəki dərəcəsində Rüstəm Orucov qazaxıstanlı Didar Hәmzә ilə qarşılaşıb.

İdmançımız Didar Hәmzәni mәğlub edib 1/8 finala çıxıb.

O 1/8 finalda avstriyalı Jan Benstedlә qarşılaşacaq.

***

Rüstәm Orucov rəqibini məğlub edərək 1/4 finala çıxıb.

***

Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvarını məğlub edib. Azərbaycan idmançısı yarımfinal mərhələsində Saqi Muki (İsrail) – Nikolas Delpopolo (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.

***

Azərbaycan idmançısı yarımfinal mərhələsində İsrail təmsilçisi Saqi Mukiyə qalib gələrək finala keçdi. Bununla da Orucov ən azından gümüş medalı təmin edir. Rüstəm Orucovun finaldakı rəqibi yaponiyalı Ono Şohei olacaq.

***

Rüstəm Orucov final oyununda uduzaraq gümüş medalla kifayətlənməli olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın