Menu
Geri İrəli

Azərbaycan Qış Olimpiadasına uğurla başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 321 dəfə • Şərh yoxdur

57968

Azərbaycan Qış Olimpiadasına uğurla başlayıb. Bu gün yığmamızın fiquristləri Yuliya Zlobina və Aleksey Sitnikov Soçi Qış Olimpiadasında çıxış ediblər. Təmsilçilərimiz buz üstünə 13-cü olaraq, qısa proqramla çıxıblar.

Hakimlərin qərarına əsasən, Zlobina-Sitnikov dueti 58.15 bal alıb və hazırda bu göstərici ilə 24 cütlükdən ibarət yarışın 13 cütü arasında üçüncüdür.

Qeyd edək ki, Azərbaycan Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunur. Azərbaycan Soçi Olimpiadasında ən yüksək mükafat vəd edən ölkələr sırasında birinci yerdədir. Belə ki, qızıl medala görə idmançılar 510, gümüş medala 255, bürüncə görə isə 130 min dollar pul vəsaiti ilə mükafatlandırlacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın