Menu
Geri İrəli

Azərbaycan Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazandı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2015 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur

Inna-Osypenko-Radomska

Osipenko-Rodomska 4-ci yeri tutub.

Milanda keçirilən kayak və kanoe üzrə dünya çempionatında Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Oxu.Az xəbər verir ki, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə yer alan Osipenko-Rodomska 4-ci yeri tutub.  Qaydalara əsasən, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə ilk “8-liy”ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Bu səbəbdən, onların arasında İnna Osipenko-Rodomska da yer alıb.

Xatırladaq ki, bundan əvvəl Osipenko-Rodomska qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafədə və kanoeçi Valentin Demyanenko 200 metr məsfadə Olimpiya Oyunlarına lisenziya qazanıblar.

F.H.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın