Menu
Geri İrəli

Azərbaycanlı boksçu Rio-da 1/8 finala çıxıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2016 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

bokscuAzərbaycan boksçusu Lorenzo Sotomayor Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qələbə qazanaraq yarışın növbəti mərhələsinə keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sotomayor ukraynalı Vladimir Matviyçuk üzərində qələbə qazanıb və 1/8 finala çıxıb.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda – 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı – 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü – kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir – Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın