Menu
Geri İrəli

Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2014 • Baxış sayı: 615 dəfə • Şərh yoxdur

62106Azərbaycanlı məşhur idmançı, kikboksinq üzrə bir neçə dəfə dünya çempionu adına layiq görülən Eduard Məmmədovun yeni fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, 15 qat Azərbaycan çempionu şəxsi İnstaqram səhifəsində qara rəngli “Mercedes-Gelandevagen” markalı avtomobilinin fotolarını paylaşıb. İdmançının avtomobilinin dövlət seriyası hər kəsdə maraq oyadıb, o “90 EM 999” nömrəsi ilə seçilməyi bacarıb.

Bir çox şou nümayəndələrinin yaxın dostu olan Eduard Məmmədovun yerləşdirdiyi şəkillər hər kəs tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, idmançının “Mercedes-Gelandevagen” markalı avtomobilinin qiyməti 100-150 min AZN qiyməti arasında dəyişir. Eduardın paylaşdığı şəkilləri sizə təqdim edirik.

Xatırladaq ki, Eduard Məmmədov ən parlaq və yaddaqalan qələbəsini 2000-ci ildə Yunanıstanda dünya çempionatında qazanıb. İdmançı rəqibini 15 saniyəyə nokaut vəziyyətinə salmışdr. Bundan əlavə olaraq 2009-cu ilin iyun ayında İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatını qazanaraq, Low Kick və K-1 bölmələrində 2 qızıl medal, oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatını, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatını qazanıb. Bu nəticə – bir il ərzində 3 dünya çempionatından medallar gətirmək dünya kikboksinq tarixində presedentsiz hal sayılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın