Menu
Geri İrəli

“Azəryol” 1/8 finalda

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2015 • Baxış sayı: 234 dəfə • Şərh yoxdur

Hatay-Büyükşehir-Belediyesi’nden-Ücretsiz-Voleybol-Kursu-2

Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının onaltıda bir final mərhələsinin cavab oyunları çərçivəsində növbəti oyununu keçirib.

Təmsilçimiz Azərbaycan Voleybol Mərkəzində Rumıniyanın “Tarqoviste” klubunu qəbul edib.

Görüş “Azəryol”un 3:0 hesabı ilə qələbəsi ilə bitib. (25:23; 25:23; 25:17)

Aleksandr Çervyakovun yetirmələri Rumıniyada 0:3 hesabı ilə uduzduğu üçün hər şeyə “Qızıl set”də aydınlıq gətirilib.

“Qızıl set”də 15:13 qalib gələn “Azəryol” 1/8 finala vəsiqə qazanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın