Menu
Geri İrəli

Bakı-2015: Kim neçə medal qazanıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 457 dəfə • Şərh yoxdur

 medal2Bakı-2015 I Avropa Oyunlarının X günündə 25 dəst medalın sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün hesabına 2 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 35-ə çatıb.

İlk 10 gündən sonra Azərbaycan 14 qızıl, 7 gümüş, 14 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.

Siyahının lideri olan Rusiya bu gün daha 18 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 77 mükafat olan rusiyalıların medallarından 40-ı qızıl, 23-ü gümüş, 14-ü bürüncdü.

Üçüncü pillədə dəyişiklik olmayıb. Dünən üçüncülüyü ələ keçirən Almaniya daha 2 qızıl və 3 bürünc medal qazanaraq, mövqeyini bir qədər də möhkəmlədib.

Həmçinin bu gün daha bir ölkə ilk mükafatını qazanıb. Belə ki, Finlandiya atıcılıq yarışında bürünc medal əldə edib. Bununla finlandlar 39-cu medalçı komanda olub.

Qeyd edək ki, Bakı-2015-in ilk 10 günündə ümumilikdə 452 – 140 qızıl, 140 gümüş, 172 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 39 ölkədən 24-ü çempionluq sevinci yaşayıb.

 

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Rusiya 40 23 17 77
2 Azərbaycan 14 7 14 35
3 Almaniya 10 9 12 31
4 Belarus 8 7 18 33
5 Böyük Britaniya 8 7 3 18
6 Macarıstan 8 2 5 15
7 İsveçrə 7 4 2 13
8 Serbiya 7 4 0 11
9 İspaniya 6 8 7 21
10 Türkiyə 5 3 15 23
11 Ukrayna 4 10 13 27
12 İtaliya 4 9 3 16
13 Fransa 4 5 5 14
14 Hollandiya 3 5 7 15
15 Belçika 3 3 1 7
16 Portuqaliya 2 4 2 8
17 Polşa 1 5 5 11
18 Xorvatiya 1 3 5 9
19 İsveç 1 2 3 6
20-21 Yunanıstan 1 2 2 5
Slovakiya 1 2 2 5
22-23 Latviya 1 0 1 2
Litva 1 0 1 2
24 Sloveniya 1 0 0 1
25 Avstriya 0 5 3 8
26 Gürcüstan 0 3 4 7
27 İsrail 0 3 3 6
28 Rumıniya 0 3 2 5
29 Bolqarıstan 0 2 3 5
30 Çexiya 0 1 4 5
31 Moldova 0 1 2 3
32-33 Danimarka 0 1 1 2
San Marino 0 1 1 2
34 Ermənistan 0 1 0 1
35 Makedoniya 0 0 2 2
36-39 Estoniya 0 0 1 1
Finlandiya 0 0 1 1
Monteneqro 0 0 1 1
Norveç 0 0 1 1

Facebook Şərhləndirmə:

Şərhinizi yazın