Menu
Geri İrəli

Bakıda bədii gimnastika üzrə ХХХ Avropa çempionatı başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2014 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

274530

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley – ХХХ Avropa çempionatı başlayıb.

Trend-in məlumatına görə, Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Yarışın ilk günündə A, В və С qruplarında yuniorların fərdi təsnifat turniri keçiriləcək. Gimnastlar top və halqa ilə çıxış edəcəklər.

Bundan başqa, iyunun 13-də senyorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirəcəkləri qrup komandalarının yarışı da keçiriləcək.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın