Menu
Geri İrəli

Bakıda kuryoz olay: Çempion yatıb qaldı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2015 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

1779997_869907879755410_9147890280715344447_o_600Ukrayna millisinin üzgüçüsü Andrey Xlopçov Avropa Oyunlarında 27 iyun keçirilən yarışlara qatıla bilməyib.

AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, buna səbəb idmançının səhər vaxtında yuxudan ayılmaması olub.

Bunun nəticəsində Ukrayna millisi qarışıq 100 metr kompleks ötürmə yarışlarına qatılmayıb.

“Ukrayna millisinin lideri Andrey Xlopçev yatıb qalaraq səhər saatlarında olan yarışa qatılmayıb. Onu təcili şəkildə başqa idmançı ilə əvəz etmək mümkün olmayıb”, – deyə KİV vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Andrey Xlopçov Avropa Oyunlarında üzgüçülük üzrə 50 metr batterflyay yarışlarında qızıl, 50 metr arxa üstə yarışlarında isə bürünc medal qazanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın