Menu
Geri İrəli

“Barselona”nın daha 2 ulduzu sıradan çıxdı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

alba_neymar_261548

İspaniya Kral Kubokunun finalında “Real”a məğlub olan “Barselona” iki əsas heyət üzvünü itirib.

sumqayitxeber.com idmanxeber.com-a istinadən xəbər verir ki, Kataloniya klubunun braziliyalı futbolçusu Neymar və ispan Xordi Alba ”Kral” klubu ilə oyunda zədələnib. “Barselona”nın rəsmi saytının yaydığı xəbərə görə, Alba sağ ombanın ikibaşlı əzələsindən ciddi zədə alıb və azı 3-4 həftə yaşıl meydanlardan kənar qalacaq. Braziliyalı Neymarın isə ayağında şiş aşkarlanıb və azı 1 ay müalicə alacaq.

Bununla da hər iki futbolçu “Atletik” (Bilbao), “Xetafe”, “Vilyareal”, “Elçe” matçlarını buraxmalı olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın