Menu
Geri İrəli

“Barselona”ya ağır məğlubiyyət – 4:0

Müəllif: Sumqayitxeber.com • Tarix: 15 Avqust 2015 • Baxış sayı: 364 dəfə • Şərh yoxdur

11572İspaniya Superkubokunun birinci matçında “Atletika” futbolçuları “Barselona”nı ağır məğlubiyyətə uğradıblar.

Avropa.info xəbər verir ki, Bilbaoda keçirilən görüş 4:0 ev sahiblərinin xeyrinə yekunlaşıb. Matçın baş qəhrəmanı “Atletika”nın hücumçusu Arits Aduris olub. O, 53,62,68-ci dəqiqələrdə qol vuraraq het-trik edib. Hesabı isə 13-cü dəqiqədə Mikel San Xose açıb.

Kataloniyalılar artıq ikinci matçdır ki, dörd qol buraxırlar. 11 avqustda UEFA Superkuboku uğrunda keçirilən “Sevilya” ilə keçirilən görüş 5:4 hesabı ilə “Barselona”nın xeyrinə qurtarmışdı.

“Atletika” ilə təkrar oyun isə “Kamp Nou” stadionunda 17 avqustda keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın