Menu
Geri İrəli

Berlində birinci Avropa Oyunlarının təqdimatı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2014 • Baxış sayı: 332 dəfə • Şərh yoxdur

6 1 (3) 2 3 4

Birinci Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən film nümayiş etdirilib.

 

Oktyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinin məşhur mədəniyyət mərkəzlərindən olan Bode muzeyində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə birinci Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədri olduğu birinci Avropa Oyunlarının təşkilat komitəsinin fəaliyyətindən bəhs edilib.

Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun sədri Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər. Pərviz Şahbazov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Almaniyadakı fəaliyyəti barədə danışıb, Fondun mədəniyyət sahəsində ikitərəfli münasibətlərə verdiyi töhfə haqqında məlumat verib. Səfir, həmçinin ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişafından söhbət açıb.

Çıxış edən Azad Rəhimov Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər, ölkəmizin bir sıra yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb. Nazir tədbir iştirakçılarına Bakda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat verib. Birinci Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən film nümayiş etdirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Almaniyanın dövlət katibləri, Bundestaqın deputatları, tanınmış siyasi xadimlər, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəalları və Almaniya mətbuatının təmsilçiləri iştirakı ediblər.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın